Texnologiya şirkətləri banklarla rəqabətə hazılaşır
Banklar üçün gəlirlərini və müştərilərini itirmək riski yaranır
"Google", "Amazon", "Facebook" və "Apple" kimi texnologiya şirkətlərinin göstərməyə başladığı bank xidmətlərinin istehlakçıların marağını cəlb etdiyi və bu şirkətlərin inkişaf etdirəcəyi yeni bank xidmətlərinin ənənəvi banklar üçün "gəlirlərini və müştərilərini itirmək riski" yaratdığı qeyd olunub
"Marja" xəbər verir ki, "Bain & Company" məsləhət şirkəti tərəfindən 29 ölkədə 152 min bank müştərisi ilə keçirilmiş sorğuda iştirak edənlərin 54%-i texnologiya şirkətlərinin təqdim etdikləri maliyyə məhsullarına açıq olduqlarını bildiriblər.
Sorğuya görə, son zamanlar, texnologiya şirkətlərinin maliyyə məhsullarına marağı xüsusilə ödəmə əməliyyatlarında aydın görünür. "Apple Pay" 35 ölkədə, "Google Pay" isə hələlik 29 ölkədə xidmət göstərir.
Bu xidmətlər hələ də kredit kartı şirkətlərinin sistemlərinə bağlı olsa da keçən il qüvvəyə minən Avropa Ödəmə Xidmətləri Direktivi (PSD2) kimi yeni aktlar qeyri-bank şirkətlərin müştərilərin hesablarına çıxmasına da icazə verir.
Elektron ticarət nəhəngi "Amazon" uzun zamandır özünün onlayn ödəmə sisteminə malikdir, hətta bəzi ölkələrdə borc vermək kimi ənənəvi bankçılıq fəaliyyətinə başlayıb.
"Bain & Company"nin apardığı sorğuya görə, texnologiya şirkətlərinin bankçılıq mövzusunda "iştahaları" bankların orta müddətdə gəlirlərini və eyni zamanda müştəriləri ilə mütəmadi təmaslarını itirmək riski ilə qarşı-qarşıya qalmalarına səbəb olur.
"Bain & Company"nin araşdırmasında, "Texnologiya şirkətləri, müştərilərin tələb etdikləri sadə, yüksək keyfiyyətli rəqəmsal həllər təmin etmək məsələsində ənənəvi olaraq uğurlu olmuşlar və indi bu İstehlakçı Etibarının gücü ilə bank sektoruna daxil olurlar", - deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
27 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 30 d. əvvəl
- 32 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
48 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq

























