Azərbaycan ilə Avstriyanın Dəmir Yollarının rəhbərləri görüşüb
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Avstriya Federal Dəmir Yolları” (ÖBB) SC-nin sədri Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanda həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində qeyri-neft sektorunun prioritet sahələrindən biri olan dəmir yolu nəqliyyatı sisteminin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlər başlıca vəzifələrdən biridir.
Natiq sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə 2017-ci ilin oktyabr ayında açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib.
Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.
“Avstriya Federal Dəmir Yolları” (ÖBB) SC-nin sədri Andreas Matte çıxış edərək bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir. Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində maraqlıyıq.
Görüşdə Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) Prezidenti Gerald Gerstbauer iştirak edib.
İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
23 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 36 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 42 d. əvvəl
- 45 d. əvvəl
- 46 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)














