Fransanın səfiri: "Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi ölkə iqtisadiyyatını diversifikasiyalaşdırmağa imkan verəcək"

Fransa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Aureliya Buşez Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.
Görüşdə Caspian European Club (Caspian Business Club), Caspian American Club və Caspian Energy İnternational Media Group çərçivəsində Azərbaycan-Fransa informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. Səfir Fransa şirkətlərinin Caspian Energy Forum Baku - 2017-də iştirakında maraqlı olduğunu ifadə edib və bunun informasiya baxımından vacibliyini qeyd edib.
Fransa səfirinin sözlərinə görə, Fransa və Azərbaycan arasında münasibətlər uzun illərdir ki, inkişaf edir. Hazırda iki ölkənin şəhər və regionları arasında ona yaxın saziş və sənədlə bağlı razılıq əldə edilib. "Dekabr ayında Fransa Xarici İşlər Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında yerli əlaqələrin dəstəklənməsinə yönəldilmiş Administrativ razılaşmanın imzalanması bunun təsdiqidir", - deyə səfir söyləyib. O qeyd edib ki, "əməkdaşlıq təhsil və mədəniyyətdən tutmuş şərabçılıq və kənd təsərrüfatı layihələrinə kimi iqtisadiyyatın ən müxtəlif sahələrində təcrübə və birgə təşəbbüs mübadiləsini əks etdirir".
Ticari əlaqələrdən bəhs edən Aureli Buşez qeyd edib ki, Aİ ticarətdə Azərbaycanın əsas partnyoru və mühüm investorlarından biridir. Onun sözlərinə görə, "Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi ölkə iqtisadiyyatında diversifikasiya və islahatlaşmaya yardım edəcək, həmçinin sabit inkişafa kömək edəcək. Bu da öz növbəsində bizim müsbət qarşıladığımız rəqabətli iş mühitini genişləndirmək və hazırda həyata keçirilən və planlaşdırılan islahatları dəstəkləmək yolu ilə Fransanın, eləcə də digər Avropa ölkələrinin şirkətləri ilə əməkdaşlığın inkişafına yardım edəcək".
"Fransa Avropa enerji təhlükəsizliyinin mühüm elementi kimi enerji daşıyıcılarının nəqli və marşrutların diversifikasiyası üzrə Aİ-nin siyasətini dəstəkləyir", - deyə səfir bildirib. Onun sözlərinə görə, "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutlarının kəsişmə nöqtəsində yerləşən Azərbaycan, xüsusilə "Cənub qaz dəhlizi" vasitəsilə, bu baxımdan mühüm rol oynayır.
Görüşün sonunda səfir Caspian Energy-yə eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli münasibətlərin inkişaf imkanlarına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, həmçinin turizm sektorunun və enerji əməkdaşlığının inkişafı məsələlərinə toxunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
12 d. əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 18 d. əvvəl
-
- 37 d. əvvəl
-
49 d. əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
2 saat əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
Son Xəbərlər

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var

Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
