"Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nin tətbiqinə start verilir
Gələn həftədən pilot olaraq seçilmiş rayonlarda fermerlər öz məlumatlarını sistemə daxil etməyə başlayacaqlar
“Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə gələn həftədən başlanacaq. Artıq sistemin tətbiqi ilə bağlı pilot rayonlar seçilib. Gələn həftədən Quba və Şəkidə fermerlərin məlumatlarının sistemə daxil edilməsi prosesinə start veriləcək”. Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.
Nazirlik rəsmisi bildirib ki, fermerlər məlumatları sistemə özləri daxil etməlidir: “Pilot olaraq seçilmiş rayonlarda fermerlər üçün yeni sistemin təqdimatı keçiriləcək, qeydiyyat proseduru, funksiyalardan istifadə qaydaları izah olunacaq. Bununla bağlı maarifləndirmə prosesinə Dövlət Aqrar İnkişaf Mərkəzləri, Aqrar İnkişaf Könüllüləri, təlimçilər cəlb ediləcək. Fermerlər öz məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etdikdən sonra pilot olaraq seçilmiş bölgələrdə ilkin məlumat bazası formalaşdırılacaq. Bu bazalar fermerlərə elektron xidmətlərin göstərilməsində mühüm rol oynayacaq”.
Vüqar Hüseynov əlavə edib ki, maarifləndirmə işləri Dövlət Aqrar İnkişaf Mərkəzlərində, ASAN Xidmət Mərkəzlərində, Səyyar ASAN Xidmətlərdə aparılacaq: “Quba və Şəkidə yaşayan fermerləri bu prosesdə aktiv olmağa çağırırıq. Fermerlər EKTİS-də qeydiyyatdan keçdikdən sonra mülkiyyətlərində olan, əkin apardıqları sahələrin koordinatlarını, əkdikləri məhsulu, məhsuldarlıqla bağlı proqnozu sistemə daxil etməlidir. Onlara həmçinin EKTİS-də yaratdıqları şəxsi kabinetlərində xidmət sifariş etmək, şikayət etmək funksiyaları da izah olunacaq”.
Nazirlik rəsmisi bildirib ki, yeni sistemin tətbiqi fermerlər üçün çoxsaylı üstünlüklər yaradır: “Bu sistem fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərimizi ümumiləşdirilmiş şəkildə birləşdirir. Hər üç prinsip fermerlərə daha keyfiyyətli xidmət göstərməyi, xidmətləri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan etməyi nəzərdə tutur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
-
49 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ





















