İstirahət günlərinin hava proqnozu açıqlanıb
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırırılır ki, fevralın 9-10-da bu bölgədə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 4-8, dağlıq rayonlarda 0-4 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-9, dağlıq rayonlarda 4-6 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Fevralın 10-da gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 7-10 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Fevralın 10-da gündüz hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 5-9 dərəcə isti təşkil edəcək.
Paytaxtda yaxın iki gündə buludlu hava üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı, fevralın 9-da gündüz tədricən kəsiləcəyi, fevralın 10-da səhər və axşam bəzi yerlərdə çiskin olacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi fevralın 10-da şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 6-9 dərəcə isti təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 d. əvvəl
- 4 d. əvvəl
- 5 d. əvvəl
- 8 d. əvvəl
- 8 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır













.jpg)







