Yanvarda ən çox qazanc gətirən və ya ziyan verən əmtəələr
Əmtəə bazarında keçən il ən çox qazandıran kakao, yanvar ayında investorunu məyus edib.
"Marja"nın əmtəə bazarında ticarət olunan 18 məhsulun qiymət hərəkətlərindən topladığı məlumatlara görə, yanvar ayında 15 əmtəə sərmayəçisinə qazandırıb.
Çinin tələbinin güclü qalacağına dair proqnozlar, ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmağa fasilə verməsi, dollar indeksindəki geriləmə əmtəə bazarına yanvar ayında müsbət təsir edib.
Yanvar ayında kakao və təbii qaz sərmayəçilərini zərərə salıb, alüminiumun qiyməti dəyişməyib. Paladyum, buğda, qarğıdalı, qızıl, soya paxlası, pambıq, gümüş, platin, nikel, mis, qurğuşun, Brent nefti, qəhvə, şəkər, sink sərmayəçilərinə qazanc gətirib.
Keçən il sərmayəçisinə 27,6% qazandıran kakao, əmtəə bazarında yanvar ayında 10,3% ilə sərmayəçisinə ən çox ziyan yaradan məhsul olub.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
2019-cu ilin ilk ayında təbii qaz 1,3% ucuzlaşıb.
Yanvar ayında sərmayəçisinə ən çox qazandıran 14,2% ilə Nikel olub. Nikelin ardınca 13,2% ilə Brent nefti, 6,6% ilə sink, 6% ilə paladyum, 5,8% ilə şəkər, 4% ilə qəhvə, 3,8% ilə gümüş, 3,6% ilə qurğuşun, 3,3% ilə platin, 3% ilə pambıq, 2,9% ilə qızıl, 2,6% ilə buğda, 2,3% ilə soya paxlası, 1,8% ilə mis və 0,4% qazanc ilə qarğıdalı gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
26 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
55 d. əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 1 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub






















