Hökumət və Mərkəzi Bank məzənnənin 1.70-də qalmasında israrlıdır
"Azərbaycanda növbəti devalvasiya haqqında danışmaq qeyri-ciddidir".
“Marja”nın məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Elman Rüstəmov, “Keçən il də çox proqnozlar verilirdi ki, Manat ucuzlşacaq, devalvasiya olacaq. Biz həmişə deyirdik "fundamentallara baxın". 2018-ci ilin sonuna Azərbaycanın tədiyyə balansının 3,5 milyard dollar profisitdə və neftin orta qiymətinin 70 dollar olması şəraitində hansı devalvasiyadan danışmaq olar? Ötən il üçün və bu il Azərbaycanda devalvasiya haqqında danışmaq qeyri-ciddidir” deyib.
Elman Rüstəmov əlavə edib ki, ötən il Dövlət Neft Fondunun aktivləri 3 milyard dollar artmışdır: “Bir valyuta bazarı təsəvvür etsək, Azərbaycanda valyuta təklifi 3 milyard dollar artıq ola bilərdi. Lakin qəbul olunmuş qaydalara görə, neftdən daxil olan gəlir ehtiyatlara yönəldilib”.
Mərkəzi Bankın sədri bildirib ki, cari ilə və ortamüddətli dövrə dair bütün proqnozlar makro-iqtisadi sabitlik platforması üzərində qurulub: “Makro-iqtisadi sabitliyin başlıca şərti aşağı inflyasiyadır. Necə aşağı inflyasiya olmadan büdcədə sosial proqram qurmaq olar?! Pensiya səviyyəsi, maaşların artırılması, gəlirlərin artması və s. 2019-cu ilin büdcəsi dayanıqlı məzənnə üzərində qurulmuşdur. 2019-cu ilə başlamışıq, kimlərsə devalvasiya haqqında danışır. Mən hesab edirəm ki, bu qeyri-ciddi bir söhbətdir. Cari ildə Azərbaycanda makro-iqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var.
Xüsusilə ekspertlər üçün qeyd edirəm ki, 2019-cu ilin makro-iqtisadi situasiyası olduqca 2018-ci ilə bənzəyir. Büdcə xərcləri cüzi artıb, Neft Fondundan büdcəyə transfert hətta bir qədər də çoxdur və digər amillər. Neftin qiymətinin aşağı düşməsinin milli iqtisadiyyatımıza mənfi təsiri fiskal qaydaların tətbiq edilməsi və trasfertlər vasitəsilə neytrallaşdırılıb. Dünya bazarında neftin qiymətindən asılı olmayaraq bu il 6,8 milyard dollarlıq transfert Azərbaycanın valyuta bazarına daxil olacaq. Bu ölkəmizin spesifikasıdır. Bir sıra qonşu öllkələrdə milli valyuta neftin qiymətindən asılı olaraq dəyişir. Neft qiymətlərində volatilliyi görürük. Amma bu volatilliyin Azərbaycan iqtisadiyyatına təsiri əhəmiyyətli qaydada məhdudlaşdırılıb. Təbii ki, çox uzunmüddətli dövr üçün neftin qiymətinə baxmaq lazımdır. Amma cari və ortamüddətli dövr üçün bütün parametrlər makro-iqtisadi sabitlik, yeni büdcə qaydaları, aşağı inflyasiya və dayanıqlı məzənnə idealogiyası üzərində qurulmuşdur. Azərbaycan hökuməti və Mərkəzi Bank makro-iqtisadi sabitliyin qorunmasında təkidlidir. Ortamüddətli dövrdə Azərbaycanda maliyyə sabitliyinin dərinləşdirilməsi haqqında Nazirlər Kabinetinə tapşırıq verilib. Artıq layihə hazırdır. Gələcəkdə də sabitliyin təmin edilməsi nəzərdə tutulur”.
"2018-DƏ VALYUTAYA TƏLƏB VƏ TƏKLİF BƏRABƏR OLUB"
Elman Rüstəmov qeyd edib ki, 2018-ci ildə valyuta bazarı tam şəkildə tarazlı olub.
“2018-ci ildə valyuta bazarında tələb ödənildi. Ötən il hərraclar vasitəsilə Dövlət Neft Fondunun təxminən 6,5 milyard dollar satması nəzərdə tutulmuşdu. Bu vəsaitin təxminən 100 milyard dolları satılmadı və Fond tərəfindən dövlət büdcəsinə valyuta şəkilində köçürüldü. Bilirsiniz büdcənin dövlət borcunun qaytarılması kimi valyuta xərcləri də var”,- Mərkəzi bankın sədri bildirib.
Elman Rüstəmov əlavə edib ki, 2018-ci ilin Aprel və Avqust aylarında Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması ilə əlaqədar olaraq valyutaya tələb daha çox olub: “Başlıca ticarət təşərfdaşlarımızın milli valyutalarında ciddi dəyişiklik, volatillik baş verdi. Ticarət tərəfdaşlarımızın milli valyutalarının sürətli dəyərdən düşməsi Azərbaycan bazarına psixoloji və digər kanallar ilə təsir göstərdi. Mən o vaxt demişdim ki, ticarət tərəfdaşlarımızın milli valyutalarındakı ucuzlaşma fundamental xarakter daşımır, həmin ölkələrin daxilindəki bir sıra problemlərdən, siyasi məsələlərdən qaynaqlanır və bunun Azərbaycana heç bir aidiyyatı yoxdur. Bizim valyuta bazarında apardığımız qətiyyətli addımlar təhlükəni tez bir zamanda neytrallaşdırmağa imkan verdi. Bu zaman Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə edilmədi. Belə ki, Neft Fondunun valyutanı satmaqda çətinlikləri var idi. Əvvəlki aylar bazar bütün təklifi qəbul edə bilməmişdi. Manat möhkəmlənmə təzyiqi altında idi. Biz valyuta artıqlığını (Neft Fondunun sata bilmədiyi valyutanı - red) Aprel və Avqust aylarında satmaqla bazarın tələbini ödədik. İlin yekunlarına görə, valyuta bazarı tam tarazlı şəkilə düşdü (tələb və təklif bərabərləşib - red)".
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 48 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)



.jpg)






