“Amrahbank” yenidən böyüməyə başlayıb
2017-ci illə müqayisədə 2018-ci ildə “Amrahbank”ın cəmi aktivləri 25 milyon 560 min manat və ya 12,5% artaraq 230 milyon 330 min manata çatıb. “Amrahbank” 2017-ci ilin sonunda 204 milyon 770 min manat cəmi aktivlərə malik idi.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, illik müqayisədə “Amrahbank”ın xalis kredit portfeli (müştərilərə verilən kreditlər) 16 milyon 677 min manat və ya 17,5% artaraq 111 milyon 862 min manata qalxıb.
İllik müqayisədə müştəri hesabları (o cümlədən müddətli və tələbli depozitlər) 139 milyon 405 min manatdan 185 milyon 930 min manata yüksəlib (33,3% artıb).
2017-ci illə müqayisədə 2018-ci ildə “Amrahbank”ın cəmi öhdəlikləri 44 milyon 223 min manat və 27,7% artaraq 203 milyon 928 min manata çatıb.
Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Bankın aktivləri, kredit portfeli və öhdəlikləri azalmışdı.
Ötən il “Amrahbank”ın cəmi gəlirləri 16 milyon 889 min manat, cəmi xərcləri isə 29 milyon 442 min manat təşkil edib. Bank ötən ili 12 milyon 553 min manat zərər ilə başa vurub. 2017-ci ildə “Amrahbank”ın cəmi gəlirləri 23 milyon 122 min manat, cəmi xərcləri 31 milyon 723 min manat təşkil etmişdi. Bank həmin ili 8 milyon 601 min manat zərər ilə bağlamışdı.
“Amrahbank”ın aktivlərinin, o cümlədən müştərilərə verilən kreditlərin yenidən artmaqda davam etməsilə Bankın gəlirlərinin artacağı gözlənilir.
Ötən il “Amrahbank” xarici valyuta əməliyyatları üzrə 3 milyon 783 min manat xalis gəlir əldə edib.
2018-ci ilin sonunda “Amrahbank” 21 milyon 642 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 56 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























