“Muğanbank”ın vəziyyəti məlum oldu
2018-ci ildə “Muğanbank” zərərdən çıxaraq böyüyüb, müştərilərə verdiyi kireditlər, kapitalı və gəlirləri artıb.
“Muğanbank” ASC 2018-ci ili 1 milyon 430 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 6 milyon 341 min manat zərər ilə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə “Muğanbank”ın cəmi gəlirləri 61 milyon 418 min manat təşkil edib. Bank 2017-ci ildə 53 milyon 707 min manat cəmi gəlir əldə etmişdi. İllik müqayisədə, “Muğanbank”ın faiz gəlirləri 2017-ci ildəki 42 milyon 794 min manatdan 40 milyon 887 min manata düşüb (4,5% azalma), qiymətlı kağızlar üzrə faiz gəlirləri təxminən 18 min manatdan 1 milyon 118 min manata qalxıb, komission və qeyri faiz gəlirləri 9 milyon 280 min manatdan 16 milyon 652 min manata yüksəlib (79,4% artım), xarici valyuta əməliyyatlari üzrə xalis mənfəəti isə 1 milyon 616 min manatdan 2 milyon 761 min manata qalxıb.
Bankın, ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyyatların yaradılması üçün xərci 19 milyon 13 min manatdan 6 milyon 54 min manata düşüb. Bu, Bankda kredit riskinin və problemli kreditlərin azaldığına işarədir.
Gəlirin artması və kreditlər üzrə ehtiyyatların yaradılması üçün xərcin azalması ilə əlaqədar olaraq “Muğanbank”ın əməliyyat mənfəəti (netto faiz və qeyri -faiz gəlirləri) artıb. 2017-ci illə müqayisədə 2018-ci ildə “Muğanbank”ın əməliyyat mənfəəti 64% artaraq 26 milyon 772 min manata yüksəlib. 2017-ci ildə Bankın əməliyyat mənfəəti 16 milyon 318 min manat təşkil etmişdi.
26 milyon 772 min manat əməliyyat mənfəətinə qarşı, ötən il “Muğanbank”ın işçı heyətini saxlanılması, ümumi administrativ və sair əməliyyat xərcləri 25 milyon 342 min manat təşkil edib. Nəticədə, Bank ötən ili 1 milyon 430 min manat xalis mənfəət ilə bağlayıb. 2018-ci ildə “Muğanbank” mənfəət vergisi ödəməyib.
BANK BÖYÜYÜB
31 Dekabr 2018-ci il tarixində “Muğanbank” 551 milyon 651 min manat cəmi aktivlərə malik olub. Bu, 2017-ci ilin sonu ilə müqayisədə 71 milyon 474 min manat və ya 14,9% çoxdur. Bankın müştərilərə verdiyi kreditlər 22 milyon 567 min manat və ya 6,5% artaraq 371 milyon 638 min manata çatıb.
Ötən ilin sonunda “Muğanbank” 79 milyon 987 min manat cəmi balans kapitalına malik olub.
MÜŞTƏRİLƏRİN HESABLARINDAKI VƏSAİT ARTIB, BANK BORCUNU QAYTARIR
Ötən il “Muğanbank”da müştəri hesablarında vəsait 39,1% artaraq 280 milyon 779 milyon manata çatıb. Banklardan və digər maliyyə institutlardan cəlb olunmuş vəsaitlər isə 8,8% azalaraq 184 milyon 909 min manata düşüb.
MƏCMU KAPİTALI ARTIB
2018-ci il ərzində “Muğanbank”ın məcmu kapitalı 12 milyon 274 min manat artaraq 82 milyon 550 min manata yüksəlib. Məcmu kapitalın artması, əsasən, ötən il nizamanmə kapitalının 10 milyon manat artırılaraq 85 milyon manatdan 95 milyon manata qaldırılması və ötən il mənfətin əldə edilməsi ilə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
12 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)













