Ötən il adı dəyişdirilən bankın mənfəətində 10 qat artım
Ötən il adını “Premium Bank” olaraq dəyişmiş “Bank Silk Vey” ASC 2018-ci ili 16 milyon 66 min manat xalis mənfəət ilə başa vurub. Bank 2017-ci ili 1 milyon 600 min manat xalis mənfəətlə bağlamışdı. Başqa sözlə, “Premium Bank”ın xalis mənfəəti 10 dəfə artıb.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Premium Bank”ın cəmi gəlirləri 59 milyon 128 min manat, o cümlədən faiz gəlirləri 37 milyon 556 min manat, qeyri-faiz gəlirləri 21 milyon 572 min manat, faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra əməliyyat mənfəəti 9 milyon 787 min manat təşkil edib. Lakin depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 9 milyon 270 min manatı da azad olduğundan cəmi mənfəət 19 milyon 735 min manat yüksəlib. Mənfəətdən 2 milyon 992 min manat mənfəət vergisi ödənilib.
2017-ci ildə Bankın cəmi gəlirləri 46 milyon 416 min manat, o cümlədən faiz gəlirləri 27 milyon 804 min manat, qeyri-faiz gəlirləri 18 milyon 612 min manat təşkil etmişdi. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra bankın 9 milyon 355 min manat əməliyyat mənfəəti qalmışdı. Bank əməliyyat mənfəətinin 7 milyon 214 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmış və 540.45 min manat mənfəət vergisi ödəmişdi. Nəticədə Bank həmin ili 1 milyon 600 min manat xalis mənfəət ilə bağlamışdı.
“Premium Bank” 2015-ci ili 1 milyon 530 min manat, 2016-cı ili isə 1 milyon 546 min manat xalis mənfəət ilə başa vurmuşdu.
BANK BÖYÜYÜB
31 Dekabr 2018-ci il tarixində "Premium Bank" ASC 646 milyon 284 min manat cəmi aktivlərə, 511 milyon 557 min manat cəmi öhdəliklərə və 134 milyon 727 min manat cəmi balans kapitalına malik olub. Bank 2017-ci ilin snunda 480 milyon 382 min manat cəmi aktivlərə, 356 milyon 90 min manat cəmi öhdəliklərə və 124 milyon 292 min manat cəmi balans kapitalına malik idi.
Bankın kredit portfeli 2017-cı ilin sonundakı 424 milyon 28 min manatdan 2018-ci ilin sonunda 584 milyon 596 min manata çatıb. Xalis kreditlər isə 408 milyon 214 min manatdan 582 milyon 931 min manata yüksəlib.
İlik müqayisədə “Premium Bank”ın depozit portfeli 241 milyon 812 min manatdan 466 milyon 76 min manata qalxıb.
Ötən ilin sonunda “Premium Bank” 130 milyon 440 min manat məcmu kapitala malik olub. Bank 2017-ci ilin sonunda 116 milyon 248 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
-
29 d. əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
45 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
3 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı






.jpg)
.jpg)









.jpg)



