"20 bina tikilir"
"2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda cənab prezident Bakı üçün qəbul olunmuş "pilot layihə"yə diqqət çəkdi. Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərindən razılaşdırmaq üçün Dövlət Komitəsinə 68 planlaşdırma həlli (tikintinin eskizi) daxil olub ki, onlardan 10-u norma və qaydalara uyğun olmadığı üçün geri qaytarılıb". Bunu müsahibəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.
Onun sözlərinə görə, yerli icra hakimiyyətləri orqanları tərəfindən qəbul olunan ərazilərin sərhədlərində onların sifarişi üzrə hazırlanan Planlaşdırma həlləri, tikintinin sıxlığı və əmsalına, binanın hündürlüyünə, söküntüyə aid binaların qırmızı xətlərinə, şaquli nişanlarına, abadlığına riayət edilməsini nəzərdə tutur.
"Torpaqdan istifadə planında tikinti altında olan ərazilərin mümkün ayrılma sərhədləri koordinat nişanları ilə birlikdə göstərilməsi tövsiyə olunur. Belə təfsilatlı layihəqabağı prosedur tikinti altında olan ərazinin ayrılmasının düzgün seçimini nəzərdə tutur. Planlaşdırma həlləri 185 hektar ərazidə 450 min kvadratmetr qəzalı və yaşayış üçün yararsız tikilinin söküntüsünü nəzərdə tutur. Eyni zamanda ümumi yaşayış sahəsi 2 milyon 200 min kvadratmetr olan 200-dən çox orta və çoxmərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulur. Sevindirici haldır ki, hal-hazırda Nərimanov, Nəsimi, Səbail, Suraxanı, Yasamal, Nizami rayonlarında artıq 20-dən çoxu tikilir", - deyə qurum rəhbəri qeyd edib.
A. Ələsgərov bildirib ki, qəzalı tikililərin və yaşayış üçün yararsız evlərin sökülməsini nəzərdə tutan "pilot layihə"nin uğurla həyata keçirilməsi, Azərbaycan prezidentinin təşəbbüsü ilə əsasən sahibkarların vəsaiti hesabına vətəndaşların sosial məsələlərini həll edən əlamətdar hadisədir: "Biz onların bu prosesdə daha çox iştirak etməsi üçün əlimizdən gələni edirik. Qəzalı və yaşayış üçün yararsız binalardan əhalinin köçürülməsi mürəkkəbliyinə görə sahibkarlara kompensasiya üçün bizim planlaşdırma həllərində bəzən tikinti sıxlığı 30%-dək artırılır".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 9 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























