"LUKoil" Azərbaycana ödədiyi vergini açıqlayıb
Rusiyanın "LUKoil" şirkətinin törəməsi "LUKoil-Azerbaijan" fəaliyyəti dövründə Azərbaycan büdcəsinə ümumilikdə, təxminən, 58 mln. dollar vergi ödəyib.
Bu barədə şirkətdən bildiriblər.
Şirkətdən qeyd ediblər ki, yanacaq satışı və neft məhsullarının reallaşdırılmasına qoyulan investisiyaların həcmi, təxminən, 7,9 mln. dollar təşkil edib. Şirkət özünün 10 yanacaqdoldurma stansiyasında texniki yenidənqurma layihələri həyata keçirib.
2012-ci ildən 2018-ci ilə qədər yanacaqdoldurma məntəqələrində orta gündəlik satış 14 tondan 24 tona qədər artıb.
"Şirkət Azərbaycanın pərakəndə satış bazarında özünün avtomobil mühərriki yağlarının satışında böyük potensial görür. Artıq bu gün "LUKoil"un sənaye yağlarından respublikanın ən iri sənaye müəssisələri - "Azərbaycan Dəmir Yolları", "Bahar Energy", "Azneft" və digərləri istifadə edirlər. 2013-cü ildən etibarən Azərbaycanda "LUKoil" şirkətinə məxsus EKTO markalı yanacağın satışına başlanılıb. Bu gün onun həcmi pərakəndə satış kanalı üzrə reallaşmanın 98%-ni təşkil edir. 2018-ci ilin əvvəlindən şirkətin Respublikada satdığı neft məhsullarının ümumi həcmi 266 min ton təşkil edib", - şirkətdən vurğulayıblar.
Qeyd edək ki, "LUKoil" şirkəti 1996-cı ildən beynəlxalq konsorsiumun tərkibində Xəzər dənizinin Azərbaycan şelfindəki ən böyük dəniz qaz və kondensat yatağının - "Şahdəniz"in işlənilməsində iştirak edir. Layihədə "LUKoil"un payı 10% təşkil edir.
Yataq kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında Saziş əsasında işlənilir. 2017-ci ildə yataqda hasilat 10,2 mlrd. kubmetr qaz ("LUKoil"un payı payı - 849 mln. kubmetr) və 2,4 mln. ton qaz kondensatı ("LUKoil"un payı - 197 min ton) təşkil edib.
Neft məhsullarının satışı sahəsində "LUKoil" 1993-cü ildən Azərbaycanda təmsil olunur. Şirkətin icarəyə götürülmüş və françayzinq ilə olanlar da daxil olmaqla, 60 yanacaqdoldurma məntəqəsi və ildə 320 min ton neft məhsulunun aşırılmasını təmin edən neft bazası var. "LUKoil" yerli bazarda fəaliyyət göstərən iri beynəlxalq və Azərbaycan şirkətlərinə etibarlı dizel yanacağı və avtomobil benzini, eləcə də sürtkü yağları təchizatçısıdır. Azərbaycan bazarında neft məhsullarının satışında "LUKoil" 10%-lik paya malikdir. Hər gün 80 mindən çox azərbaycanlı avtomobilsevər "LUKoil" stansiyalarının müştəriləri kimi çıxış edir.
Bu gün "LUKoil" şirkətinin satış seqmentində personalın orta siyahı sayı 460 nəfərdir ki, bunların da 90%-dən çoxu Azərbaycan vətəndaşlarıdır. Heyətin autsorsinqi 84 nəfərdir və onların hamısı Azərbaycan vətəndaşıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
12 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)












