Qeyri-neft məhsullarının ixracı 10,5 faiz artıb
2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 109 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 29 milyard 224 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 18 milyard 928,5 milyon dollar, idxalın dəyəri 10 milyard 295,5 milyon dollar təşkil etmiş, nəticədə 8 milyard 633,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,6 faiz, o cümlədən ixrac 35,9 faiz, idxal 32,1 faiz artmışdır. Real ifadədə isə dövriyyə 1,1 faiz, o cümlədən ixrac 1,0 faiz, idxal 1,2 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,0 faizini İtaliyaya, 8,7 faizini Türkiyəyə, 6,2 faizini İsrailə, 4,6 faizini Çexiyaya, 4,2 faizini Hindistana, 4,1 faizini Almaniyaya, 4,0 faizini Tayvana (Çinin əyaləti), 3,3 faizini Rusiyaya, 3,2 faizini Kanadaya, hər biri 3,0 faiz olmaqla İndoneziya və Portuqaliyaya, hər biri 2,5 faiz olmaqla Gürcüstan və Fransaya, qalan 19,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 faizi Rusiya, 14,0 faizi Türkiyə, 10,2 faizi Çin, 5,7 faizi Almaniya, 4,9 faizi İsveçrə, 4,6 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,6 faizi İran, 3,5 faizi Yaponiya, 3,0 faizi İtaliya, 2,4 faizi Birləşmiş Krallıq, 27,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2018-ci ilin yanvar-noyabr aylarında 1 milyard 531,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 10,5 faiz, real ifadədə isə 1,4 faiz çoxdur.
2018-ci ilin yanvar-noyabr aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,0 faiz, təzə tərəvəz – 0,3 faiz, kartof – 15,5 faiz, bitki yağları – 10,8 faiz, meyvə və tərəvəz konservləri – 13,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 1,8 dəfə, pambıq lifi – 2,5 dəfə, polietilen – 9,3 faiz, emal olunmamış alüminium – 12,2 faiz, qara metallardan borular – 4,7 faiz, pambıq ipliyi – 31,0 faiz artmış, şəkər ixracı isə 32,8 faiz, tütün – 8,7 faiz, çay – 19,4 faiz, meyvə və tərəvəz şirələri – 21,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 10,9 faiz, qara metallardan yarımfabrikatlar – 55,5 faiz, bentonit gili – 10,5 faiz azalmışdır.
2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr aylarında siqaret idxalı 2,6 faiz, təzə meyvə – 47,9 faiz, çay – 0,2 faiz, quş əti və onun əlavə məhsulları – 28,9 faiz, qara metallardan borular – 1,7 dəfə, minik avtomobilləri – 2,4 dəfə, qara metallardan çubuqlar – 44,1 faiz, mineral gübrələr – 1,6 dəfə, mebellər – 23,8 faiz, hesablama maşınları, blok və qurğuları – 14,1 faiz, polietilen – 28,3 faiz, məişət kondisionerləri – 39,4 faiz, paltaryuyan maşınlar – 10,4 faiz, qara metallardan künclüklər – 4,1 faiz, yük avtomobilləri – 1,9 dəfə, avtobuslar – 39,1 faiz, sement və sement klinkerləri – 42,1 faiz, məişət soyuducuları – 1,8 dəfə artmış, buğda idxalı isə 11,5 faiz, bitki yağları – 10,7 faiz, xam şəkər və şəkər – 34,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 14,4 faiz, kartof – 9,1 faiz, mal əti – 12,5 faiz, təzə tərəvəz – 43,4 faiz, polad prokatı – 9,8 faiz, rezin şinlər – 8,6 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 gün əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
1 gün əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
1 gün əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
1 gün əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 gün əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq























