“100-150 manatlıq SMM xidməti keyfiyyətli ola bilməz”
“Apamark” şirkətinin SMM üzrə aparıcı mütəxəssisi Səbinə Abışovanın müsahibəsi
-Bu gün Azərbaycanda SMM xidməti (Sosial Media Marketinq) təklif edən şirkətlər, sifarişçiyə gəlir gətirə bilirmi?
-Sosial şəbəkələrdə doğru idarə olunan səhifələr şirkətlərə yaxşı gəlir gətirə bilər və hal-hazırda gətirməyə də davam edir. Bunun üçün sifarişçi şirkətin məhsul və ya xidmətlərini dərindən analiz edərək, doğru həll yolları təqdim etmək lazımdır. Dünya artıq rəqəmsallaşmağa getdiyi üçün bu üsul getdikcə daha da aktiv istifadə olunur. SMM xidməti gələcəyin satış kanalı kimi də dəyərləndirmək olar.
Son zamanlar SMM xidmətindən istifadə etmək istəyən şirkətlərin sayında ciddi azalma müşahidə olunur. Sizcə bu azalma nə ilə bağlıdır?
-Doğrudur, dünyada bu xidmətin istifadəsi geniş miqyas alsa da, ölkəmizdə təəssüf ki, bir çox şirkətlər SMM xidmətinə olan marağını azaltmağa başlayıb. Buna səbəb bazarda fəaliyyət göstərən bəzi şirkətlərin və frilansların onları yarı yolda qoymasıdır. Bu məsələdə sifarişçi şirkətlərin də hardasa təqsiri var. Bir çox hallarda SMM xidmətindən istifadə etmək istəyən şirkətlər, bu xidməti təklif edən şirkəti araşdırmadan işi ona həvalə edirlər. Bu da sonda SMM şirkətinin sifarişçi şirkətin dəsti xəttinə, fəlsəfəsinə xas olmayan paylaşımlar etməklə onun imicinə zərbə vurmasına gətirib çıxarır. Tərəflər arasında bir çox hallarda müqavilələrin bağlanmaması, tapşırıqların doğru şəkildə izah edilməməsi də mövcud münasibətləri mənfi şəkildə dərinləşməsinə səbəb olur.
-Bu yaxınlarda çox aşağı qiymətə SMM xidmətini təklif edən şirkətlər çıxmağa başladı. Sizcə bu işin arxasında keyfiyyət dura bilər?
-Təsəvvür edin ki, həftədə 3 dəfə post paylaşmaq şərti ilə Sizə ayda 100 - 150 AZN arası ödəniş edirlər. Belə olan halda özünüz düşünün bu işin arxasında keyfiyyət dura bilər? Əfsuslar olsun ki, indi bazarda bir çox SMM xidməti təklif edən şirkətlər müştərləri aşağı qiymətlə özlərinə cəlb edir və bir müddət sonra postların keyfiyyətində, ardıcıllığında, keyfiyyətində anlaşa bilmədikləri üçün yollarını ayırırlar. Sonradan zərbə dəymiş imicin bərpa olunması üzrə əsas yük sifarişi götürən növbəti SMM xidməti göstərən şirkətin üzərinə düşür. Bu da çox vaxt əlavə zaman və vəsait hesabına başa gəlir ki, müştəri də əksər hallarda bu əlavə ödənişləri etmək istəmir.
-Ortaya keyfiyyətli iş çıxarmaq üçün SMM xidməti təklif edən şirkətlər özündə hansı keyfiyyətləri birləşdirməlidirlər?
-Ümumiyyətlə istənilən bir səhifəni idarə etmək üçün SMM xidməti təklif edən şirkətin güclü texniki bazası, yaradıcı SMM menecerləri və rəqəmsal marketinq üzrə mütəxəssisləri olmalıdır. Yalnız belə olduğu halda ortaya keyfiyyətli iş çıxartmaq mümkündür. Səhifənin idarəçiliyi bir komanda işidir. Tək bir şəxsin bir və ya birdən çox səhifəni keyfiyyətli şəkildə idarə etməsi isə az rast gəlinən haldır. Hər hansı bir səhifənin keyfiyyətli idarə olunması üçün komanda ilk öncə sifarişçi şirkəti yaxşı tanımalıdır, dizayner özünün güclü yaradıcılıq qabiliyyətini ortaya qoymalıdır, kontent menecerləri Azərbaycan dilinin qrammatika və orfoqrafiyasını yaxşı bilməlidir, strateji şərhlərə cavab verərkən mübahisəyə getməməlidir. Bundan əlavə paylaşılan postların planlaması olmalı və aidiyyatı üzrə saytın müvafiq bölməsinə yönləndirilməlidir ki, qarşı tərəf orada öz istədiyi haqqında daha ətraflı məlumat ala bilsin.
-Bu gün sosial şəbəkələrdə idarə olunan hansı sahələr üzrə idarə olunan səhifələrin işini yüksək qiymətləndirirsiniz?
-Hal-hazırda bu sahə üzrə işini uğurlu təşkil etmiş səhifələr sırasına bankları, telekommunikasiya şirkətlərini, bəzi qida məhsullarını, bir çox elit restoranların adlarını əlavə etmək olar. Bu sektorlar üzrə idarə olunan səhifələrin işində dəsti xəttin, komanda işinin olduğu hiss olunur. Indiki mərhələ də Azərbaycanda bu sahə üzrə daha çox keyfiyyətli kadr yetişdirilməsinə ehtiyac var. Apamark şirkəti olaraq biz artıq bu istiqamətdə üzrə təcrübə proqramları həyata keçiririk və bu işi davamlı olaraq etməyi planlaşdırırq. Məqsədimiz hər sektor üzrə təcrübəli SMM menecerləri hazırlamaqdır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 51 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
4 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























