Dolların ucuzlaşması sürətlənib - GÜNƏ BAXIŞ
Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bu həftə üzrə proqnozlaşdırılan tendensiya artıq sürətlənməyə başlayıb.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. Bu tendensiya bazar ertəsi ABŞ-ın xidmət sektoru ilə bağlı dərc edilən statistik göstəricilər fonunda daha da sürətlənib.
ABŞ-ın bazar təchizatının araşdırılması institutunun (ing.: "İnstitute for Supply Management", "ISM") dekabr ayı üzrə yayımladığı fundamental göstəricilərdə, xidmət sektorunda işgüzar aktivliyi ölçən indeksin 60.7 punktdan 57.6 punkta kimi azalması göstərilib. Bu isə 2018-ci ilin avqust ayından etibarən ən aşağı göstəricidir. Mütəxəssislər isə yalnız 59.6 punkta kimi azalma proqnozlaşdırırdılar.
Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.14$-a ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, 1.16$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
GBP/USD məzənnəsi də bahalaşmaqdadır. Funt 1.28$-ı da yuxarı istiqamətdə qırarsa, bahalaşma burada da 1.29$-a kimi davam edə bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30 və 19:00-da müvafiq olaraq açıqlanacaq Amerikanın xarici ticarəti və əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 39 d. əvvəl
-
48 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
51 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir






















