“Gələcəkdə Bakı-Gəncə sərnişin qatarının sürəti artırılacaq”
“Bakı-Gəncə istiqaməti üzrə sərnişin qatarı yolu əvvəl 8 saata gedirdi, bu gün isə 5 saat 30 dəqiqəyə gedir. Yeni sürət qatarında isə bu, 4 saat 30 dəqiqə təşkil edir.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, gələcəkdə bu vaxt 3 saat 30 dəqiqəyə qədər azaldıla bilər.
"Birdən-birə risk etmək istəmirik. Yol üstündə keçidlər olur. Piyadalar qatar yollarının üstündən keçirlər. Maşinist ya sürətini yavaşlatmalıdır, ya da piyadanın üstündən keçməlidir. Əsas məsələ təhlükəsizlikdir. Bunun üçün yol kənarında keçidlər bağlanmaldır. Təhlükəsiz yol keçidlərinə keçilməlidir, yəni maşın keçidin altından, qatar isə üstündən keçilməlidir”.
C.Qurbanov Bakı-Gəncə marşrutu üzrə qatarların hərəkət sürəti barədə də danışıb. O qeyd edib ki, sınaq müddətində sürət saatda 159 kilometrə yüksəlib.
"Bəziləri Cavid Qurbanov sözünün üstündə durmur, “dediyi söz yalan çıxır” deyirlər. Mən onlara mesaj göndərirəm ki, mən sözümün üstündə dayanıram. Bu açılış president İlham Əliyevin yeni il hədiyyəsidir. Sınaq və hərəkətin tənzimlənməsi ayrı-ayrı şeylərdir. Hazırda sürət saatda 130-135 kilometrdir. Qatarın texniki imkanları saatda 300 kilometrə qədər hərəkətə icazə verir. Biz layihəni edəndə yolun maksimal sürətini saatda 160 kilometrə qədər qoymuşuq. Gələcəkdə bu sürətin artımına doğru gediləcək".
C.Qurbamov qeyd edib ki, Bakı-Gəncə marşrutu üzrə qatarlarda gedişhaqqının artırılması nəzərədə tutulmayıb. "Bu marşrut üzrə 3 dayanacaq nəzərdə tutulub. Bu da tələbata uygun tənzimlənəcək. Qatar Yevlaxda, Goranda, Gəncədə dayanacaq. Yevlaxda Qarabağ zonası, Şəki-Balakən istiqamətində gedənlər düşəcək. Gorana yaxın Nafatalan kurort mərkəzi olduğu üçün turist axını çoxdur. Ora qazaxlar, türklər, həmçinin ərəblər daha çox gəlir".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)









.jpg)



