"OPEC 2019-dan etibarən neft istehsalını 3 azaldacaq"
Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Mezrui, "2019-un əvvəlindən etibarən OPEC üzvü ölkələr, neft istehsalını 3%, üzv olmayan ölkələr isə 2% azaldacaq" deyib.
"Marja" xəbər verir ki, Mezrui, OPEC və OPEC-ə üzv olmayan ölkələrin gələn ilin yanvar ayının əvvəlindən etibarən gündəlik neft istehsalını 1,2 milyon barel azaltmalarının, bazarlarda tarazlığı təmin edəcəyini, bunun da 2019-un ilk aylarında baş verəcəyini təxmin etdiyini dilə gətirib.
Mezrui, neft istehsalının azaldılması üçün dekabr ayının əvvəlində imzalanan və 2019-un Yanvarında qüvvəyə minəcək razılaşmanın uzadılmasının problem olmayacağını qeyd edərək, istehsalçıların bazarın tələblərinə cavab verəcəyini qeyd edib.
"Neft bazarı üçün çətin bir dövrdür"
Qətərın energetika naziri Saad Şəridə əl-Kabi isə dünya daxilində xam neft bazarı və qiymətlər üçün çətin bir dövr olduğunu söyləyib.
Kabi, Səudiyyə Ərəbistanı daxil bəzi ölkələrin, səbəbi olmadan bu il bazara çox miqdarda neft çıxardığını qeyd edərək, bu mövzunun müzakirə edilməsi lazım olduğunu qeyd edib.
OPEC və OPEC-ə üzv olmayan ölkələr, 2017-ci ilin əvvəlində gündəlik neft istehsalını 1,8 milyon barel, keçən iyul ayında isə Dekabra qədər 1,2 milyon barel azaldılmasına qərar vermişdilər.
Avstriyanın paytaxtı Viyanada Dekabr ayının əvvəlində keçirilmiş 5-inci OPEC və OPEC-ə üzv olmayan ölkələrin yığıncağında neft istehsalının 2019-cu ilin yanvar ayından 6 ay müddətinə gündəlik 1,2 milyon barel azaldılması razılaşdırılıb. Rusiya da razılaşma daxilində istehsalını gündəlik 228 min barel azaltmağı öhdəlik götürüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti





















