"Neft 50 dollardan aşağı düşsə, Manata psixoloji təzyiq yaranacaq"
Məlumat verdiyimiz kimi, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin 2 günlük iclası başa çatıb. İclasın yekununda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 2.00-2,25 faizdən 2,25-2,50 faizə çatdırılmasına qərar verilib.
Xatırladaq ki, FED baza faiz dərəcəsini başa çatmaqda olan bu il ərzində 4-cü dəfə artırdı. Belə ki, qurum uçot dərəcəsini martın 21-də 1,5-1,75 faiz, iyunun 13-də 1,75-2 faiz, sentyabrın 26-da isə 2-2,25 faiz səviyyəsinədək artırmışdı.
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, FED-in qərarı gözlənilən olduğuna görə dünya bazarları onu sakit qarşılayıb: “Bazarlarda elə bir ciddi dəyişiklik baş vermədi. Hətta valyuta bazarında dolların avroya, funtsterlinqə münasibətdə ucuzlaşması prosesi də davam etdi. Bunun əsas səbəbi isə budur ki, bazarlar, birjalar, fondlar qərara hazır idi. Əgər FED uçot dərəcəsini artırmasaydı, gözlənilməz qərar kimi bunun bazarlara təsiri olacaqdı. Dünyada dolların mövqeyinin güclənməsi üçün bir sıra amillər var. Bunlardan birincisi Amerika iqtisadiyyatının güclənməsidir. İkinci məsələ dolların əsas təqibçiləri olan avro və funtsterlinqin vətənində ciddi siyasi proseslərin getməsidir. Avropa və Böyük Britaniyadakı prosesləri nəzərdə tuturam”.
Ekspert bildirir ki, FED-in uçot dərəcəsi ilə bağlı qərarları Azərbaycanda manatın məzənnəsinə demək olar ki, təsirsiz olur: “Ümumiyyətlə, düşünürəm ki, neftin qiymətinin 50 dollardan yuxarı olduğu müddətdə hökumət manatın məzənnəsini sabit saxlaya biləcək. Qiymət 50 dollardan aşağı düşərsə, hökumətin manatın məzənnəsi ilə bağlı hansısa dəyişikliklərə getməsi mümkündür”.
İqtisadçı-ekspert Pərviz Heydərov da bildirir ki, FED-in qərarları Azərbaycan manatı üçün təhlükə yaratmır: “Qısa və konkret deyirəm: manatla bağlı heç bir təhlükə mövcud deyil. Azərbaycan manatının məzənnəsini FED-in qərarları deyil, neftin dünya bazar qiymətləri müəyyən edir. Sözügedən qiymətlər 50 ABŞ dollarından aşağı enməyənə qədər ölkəmizin valyuta bazarına psixoloji, 40 dollardan aşağı enməyənədək isə real təsir və təzyiq amilləri mövcud olmayacaq”.
Qeyd edək ki, hazırda Brent neftinin qiyməti 54 dollar səviyyələrindədir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Yeni Musavat
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
24 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 37 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 46 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)
.jpg)








.jpg)

