“AtaSığorta”dan Palatanın qərarına münasibət
“Atasığorta” ASC, Maliyyə Bazarlarına Nəzarət Palatasının təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsini müvəqqəti dayandırmasına aydınlıq gətirib.
"AtaSığorta" şirkətininin İdarə Heyəti sədrinin birinci müavini Orxan Məmmədov “Marja”ya bildirdi ki, təkrarasığorta lisenziyasının dayandırılmasının “Atasığorta”nın fəaliyyətinə mənfi təsiri olmayacaq:
““AtaSığorta” könüllü və icbari sığorta məhsullarının satışı ilə bərabər kənardan riskləri də təkrarasığortaya qəbul edə bilirdi. Bu istiqamət üzrə satışımız təxminən 200 min manat civarındadır. Bu məbləğ, 2018-ci ildəki 22 milyon manatlıq sığorta satışlarımız ilə müqayisədə cüzidir. Təkrarasığorta fəaliyyəti heç vaxt “AtaSığorta” üçün strateji olmayıb. Bu fəaliyyətin də göstərilməsi “prestij” kimi qəbul olunurdu. “AtaSığorta”nın təkrarasığorta lisenziyasının dayandırılmasının şirkətin fəaliyyətinə mənfi təsiri olmayacaq. Müştərilərimiz narahat olmasınlar, “AtaSığorta” fəaliyyətini davam etdirir, könüllü və icbari növlərin satışı əvvəlki qaydada davam edir. ”.
Orxan Məmmədov qeyd etdi ki, lisenziyanın dayandırılması məcmu kapitalın aşağı düşməsi ilə bağlıdır:
“Satışlarımız artdığından ehtiyatlarımız da artıb. Normativlərə görə, ehtiyatların artması məcmu kapitalın azalması ilə nəticələnir. Əgər qarşıdakı dövrdə satışlarımız daha da artarsa daha çox ehtiyat yaratmalı olacağıq və məcmu kapital daha da aşağı düşəcəkdir. Belə bir ssenaridə təkar sığorta lisenziyasının dayandırılması müddəti uzana bilər. Əgər satışlarımız sabitləşərsə və ya azalarsa ehtiyatlar mərhələ-mərhələ gəlirə çevriləcək və məcmu kapitalımız artacaqdır. Belə bir ssenaridə lisenziyamız bərpa oluna bilər”.
Orxan Məmmədov bildirdi ki, sığorta şirkətləri topladıqları sığorta haqlarını dərhal gəlir şəkilində götürə bilmirlər. İlk öncə toplanan sığorta haqları hesabına ehtiyatlar yaradılır və əgər hadisə olmasa ehtiyat gəlirə çevrilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılmışdır.
"“AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin məcmu kapitalının tələb olunan kapitalından az olması ilə əlaqədar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 106.1.8-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılmışdır",- Palatanın yaydığı məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)









.jpg)








