Abdolbari Gözəl: “Böyük tikə boğazda qalır”
Bu gün "Azərsun Holdinq" MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gözələ "Şöhrət" ordeni təqdim edilib.
İş adamına ordeni Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.
Qeyd edək ki, 2016-cı ilin dekabr ayının 28-də prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, A. Gözəl "Şöhrət" ordeni ilə təltif edilib.
Təqdimat mərasimində çıxış edən Ə. Həsənov qeyd edib ki, “Azərsun Holdinq” artıq milli şirkət deyil, xarici bazarlarda ciddi, rəqabətədavamlı oyunçu kimi qəbul olunur: “Təkcə onu qeyd etmək kifayət edir ki, holdinqin yaratdığı infrastruktur, istehsalat sahələri, logistika beynəlxalq standartlara cavab verir. Şirkətlər qrupunda on minlərlə vətəndaşımız çalışır ki, onlar yüksək əmək haqları ilə təmin olunublar. Holdinqin istehsal etdiyi məhsullar nəinki daxili tələbatı ödəyir, eyni zamanda milli brend kimi xarici bazarlarda tanınır ki, bunun nəticəsində ölkəyə xarici valyuta daxil olur. “Azərsun Holdinq” ölkəmizə yeni istehsalat mədəniyyəti gətirib. Holdinqin uğurlarının təməlində dayanan əsas amil odur ki, Abdolbari Gözəl bura zəhmətkeş insanları toplaya bilib. “Azərsun Holdinq” ölkənin qida təhlükəsizliyinin təmin olunmasında müstəsna yer tutur. Bu cür şirkətlər isə dövlətin diqqət və qayğısından bəhrələnir”.
Çıxışına yekun vuran prezidentin köməkçisi A. Gözəli çalışqan bir insan kimi xarakterizə edib. “Belə bir deyim var: hər gün öləcəyin kimi yaşa, lakin heç zaman ölmədiyin kimi çalış. Abdolbari Gözəl bu cür insanlardandır”, - deyə Ə. Həsənov qeyd edib.
A. Gözəl isə çıxışına xatirələri ilə başlayıb: “Mən Azərbaycana Turqut Özalın təklifi ilə gəlmişəm. O vaxt İrandan Türkiyəyə gedərkən Özala İsveçrəyə gedəcəyimi dedim. Çünki İran hakimiyyətinə dəstək verdik, amma bunun qarşılığını almadıq. Özal isə məni israrla Azərbaycana göndərdi. O zaman ilk dəstəyi Heydər Əliyevdən aldıq. Həmin dövrdə bizə tez-tez nazirlər “qonaq gəlirdi”. Bu barədə Heydər Əliyevə dedim. Prezident çox əsəbləşdi və onlara ciddi xəbərdarlıq etdi. Ardınca ölkə başçısı mənə dedi ki, “bundan sonra qonaq gələn olmayacaq". Biz o zaman qida sektoruna daxil olduq. İstehsal etdiyimiz çay artıq bir dünya brendinə çevrilib. Biz iş görərkən heç vaxt pulu, qazancı düşünməmişik. Bizdə bir məşhur misal var: böyük tikə boğazda qalar. Başqa sözlə, az ye, həmişə ye. Həmin dövrdə Azərbaycanda insanların maddi durumu çox pid idi. Qolundakı saatı sataraq evinə çörək alan adamları tanıyırdım. Çox şükür, o çətinliklərin öhdəsindən gəldik. Bu gün isə mənə prezident İlham Əliyevin verdiyi “Şörhət” ordeni təqdim edilir. Ölkə başçısının bu mükafatı onu göstərir ki, biz həqiqətən də çalışmışıq və çalışırıq. Bu mükafat mənə bir daha onu göstərdi ki, çəkilən zəhmət qiymətsiz qalmır”.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)













