"Noyabrda Bakıda avtomobillər 12% bahalaşıb"
2018-ci ilin noyabr ayında Bakının avtomobil bazarında orta qiymət 42,152 min manat təşkil edib. Bu barədə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.
Onun sözlərinə görə, əvvəlki ayla müqayisədə avtomobil bazarında orta qiymət 12,22% bahalaşıb.
Ekspert qeyd edib ki, bu ilin noyabr ayında cəmi 1,729 min avtomobil satışa çıxarılıb.
“Oktyabr ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli 2,26% azalıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi, yəni 87,39%-i benzin mühərrikli avtomobillər olub. Dizel mühərrikli avtomobillər portfelin 12,61%-ni təşkil edib. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 75,77%, mexaniki sürət qutusu olan avtomobillərin payı isə 24,23% təşkil edib”, - N.İbrahimov bildirib.
Onun sözlərinə görə, noyabr ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi təxminən 150,39 min kilometr (azalma 13,61%) təşkil edib. Avtomobillərin orta yaşı 11,61 il olub ki, bu da cari ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 0,05% çoxdur.
Ekspert əlavə edib ki, bazarda təklif olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 7,48% təşkil edib.
“Eyni zamanda, yaşı 5 ilədək olan avtomobillərdə bu göstərici 8,95%, 5 ildən 10 ilədək olan avtomobillərdə 8,39%, 10 ildən 15 ilədək olan avtomobillərdə 7,29%, 15 ildən 20 ilədək olan avtomobillərdə 4,01%, 20 ildən 25 ilədək olan avtomobillərdə isə 3,69% təşkil edib”, - N.İbrahimov bildirib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 10 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)












.jpg)



