Gəmi ilə sərnişindaşmada rekord - 45 000 -Ə ÇATDI
Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2018-ci ildə liman xidmətlərindən istifadə edən 45 000-ci sərnişini qəbul edib.
Bu, Türkmənistan vətəndaşı Bibipatma Yarjanovadır.
Bakı Limanında keçirilən mükafatlandırma mərasimində Limanla yamaşı, Türkmənistan səfirliyinin nümayəndələri iştirak edibdir. Türkmənbaşı-Bakı istiqamətində sərnişin daşınma xidmətindən istifadə edən Bibipatma xanım bildirib ki, bu xoş təsadüf onu çox sevindirib: “Artıq 3-cü dəfədir gəmi ilə Türkmənistandan gözəl paytaxtınız Bakıya səfər edirik. Bakı Limanında işin təşkili, bizə olan münasibət çox gözəldir. Göstərdiyiniz diqqət üçün Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm”.
Qeyd edək ki, son iyirmi ildə rekord sayda sərnişin daşınma məhz 2018-ci ildə qeydə alınıb. Ötən illə müqayisədə sərnişin daşınmada 50% artım qeydə alınıb və ilin sonuna sərnişin sayının 47,000 nəfəri keçəcəyi gözlənilir.
Sərnişin sayının artması ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə Qaradağ rayonunun, Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müasir sərnişin terminalının tikintisi nəzərdə tutulub. Terminal ildə 150 000 sərnişinə xidmət göstərəcək. Eyni zamanda, Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaq ki, sərnişinlər biletləri internet üzərindən və yaxud xüsusi proqram yükləməklə əldə edə biləcəklər.
Xatırladaq ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Bakı Limanında 3,9 milyon ton yük aşırılıb və ümumi yük dövriyyəsinin 52% Türkmənistanın payına düşüb. Bu ilin may ayında qonşu ölkədə yeni Türkmənbaşı Limanının istifadəyə verilməsi və “Lapis Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin işə düşməsi ilə Türkmənistanla yük dövriyyəsinin artacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 10 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
















.jpg)

