16 milyard manatı "yedik-içdik"
2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 32,4 milyard manata bərabər olmuşdur.
"Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 16 milyard 272,7 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 milyard 164,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,2 faiz və 3,3 faiz üstələmişdir.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2017-ci ilin yanvar-noyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 32 436,8 | 102,7 |
o cümlədən: | ||
ərzaq məhsulları | 14 877,0 | 102,4 |
içkilər və tütün məmulatları | 1 395,7 | 100,6 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 6010,2 | 103,4 |
elektrik malları və mebellər | 2 009,6 | 102,7 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 234,5 | 102,3 |
əczaçılıq və tibbi mallar | 433,6 | 102,4 |
avtomobil yanacağı | 1 867,0 | 101,9 |
digər qeyri-ərzaq məhsulları | 5 609,2 | 103,8 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 16,9 faizi ticarət müəssisələri, 51,3 faizi fərdi sahibkarlar tərəfindən, 31,8 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 37,3 faiz artmış, fərdi sahibkarlar üzrə 1,0 faiz, bazar və yarmarkalarda 4,2 faiz azalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,7 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
7 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"






















