Azərbaycanda ən aşağı faizlə kreditlər verən bank
“Naxçıvanbank” ASC təkcə muxtar respublikamızda deyil, ölkəmizin bank sektorunda seçilən kredit təkliflərinə malikdir.
Bankdan verilən məlumata görə, “Naxçıvanbank”ın müştəriləri Azərbaycan Respublikası üzrə ən aşağı faiz dərəcələri ilə bir sıra kredit məhsulları əldə edə bilirlər. Bankın verdiyi istehlak kreditləri 24 ay müddətinə illik 17 faiz, kart kreditləri 12 ay müddətinə 18 faiz, avtomobil kreditləri 36 ay müddətinə illik 17 və 18 faiz, bankın daxili vəsaiti hesabına verilən ipoteka kreditləri 10 il müddətinə 10 faiz, “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka kreditləri 25 və 30 il müddətinə 4 və 8 faiz dərəcəsi ilə təklif olunur.
Bütün bunlarla yanaşı, muxtar respublika iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafına da böyük dəstəyi olan Naxçıvanbank tərəfindən əkinçilik sahəsi üzrə 12 ay müddətinə 13 faiz, heyvandarlıq, quşçuluq, arıçılıq və digər sahələr üzrə 24 ay müddətinə 15 faiz dərəcəsilə kreditlər təklif olunmaqdadır. Ümumilikdə isə biznes kreditləri 15 faiz dərəcəsi ilə 24 ay müddətinə təklif edilməkdədir. “Naxçıvanbank” ASC müvəkkil bank kimi öz müştərilərinə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2, 5 və 8 il müddətinə illik 6 faiz dərəcəsilə güzəştli sahibkarlıq kreditləri də verməkdədir.
Ötən dövrdə “Naxçıvanbank” ASC-nin uğurlu fəaliyyətinin mühüm göstəricisi kimi onun kredit portfelinin həcmini qeyd etmək olar. Belə ki, 1 sentyabr 2018-ci il tarixədək bankın kredit portfeli 68 milyon 391 min manat təşkil etməkdədir. Bu portfelin 7 milyon 447 min manatı ipoteka kreditlərinin, 12 milyon 637 min manatı istehlak kreditlərinin, 20 milyon 110 min manatı biznes kreditlərinin, 23 milyon 474 min manatı sənaye, 4 milyon 723 min manatı kənd təsərrüfatı sahəsinə yönəldilən kreditlərin payına düşür. Təkcə cari ildə “Naxçıvanbank” ASC tərəfindən 24 milyon 344 min manatdan çox kredit verilmişdir.
“Naxçıvanbank” ASC kiçik və orta sahibkarların ən böyük maliyyə dəstəkçisidir. Belə ki, bankın kredit portfelinə nəzər saldıqda ümumi kredit məbləğinin 48 milyon manatının sahibkarlıq və biznes kreditləri üçün ayrıldığını görmək olar.
Bank fəaliyyəti iqtisadiyyatın çevik və həssas sektorlarından biridir. Bu mənada, bankçılıq daim yenilənən və mütərəqqi texnologiyalara açıq olan bir sahədir. Bu prinsipləri əsas tutan “Naxçıvanbank” ASC tərəfindən cari ildə muxtar respublika ərazisində bütün növ kommunal, mobil operator, internet ödənişlərini, həmçinin smartkartlar vasitəsilə istifadə olunan elektrik və qaz kommunal xərclərinin ödənişlərini və digər ödənişləri həyata keçirməyə imkan yaradan 40 ödəniş terminalı quraşdırılmışdır. Bununla yanaşı, 38 bankomat və 802 POS-terminal quraşdırılaraq istifadəyə verilmişdir. Həmçinin müştərilərin rahatlığı naminə bankın daim yenilənən və aktiv olan internet saytından vətəndaşlar artıq onlayn şəkildə kredit və plastik kart sifarişi etmək imkanı qazanmışdır.
Hazırda “Naxçıvanbank” ASC Naxçıvan və Bakı şəhərlərində, Şərur, Culfa və Ordubad rayonlarının hər birində bir filial olmaqla, ümumilikdə, 5 filial şəbəkəsinə və Naxçıvan şəhərində fəaliyyət göstərən 1 mübadilə şöbəsinə malikdir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)












