Avro, funt, qızıl və neft bahalaşır - GÜNƏ BAXIŞ
Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşması, dünya bazarlarında investorların risk iştahının artmasına səbəb olub. Avro, funt, qızıl və neft bahalaşır.
EUR
Beynəlxalq valyuta birjalarında ABŞ ilə Çinin xarici ticarətdə ilkin müsbət razılaşma əldə edtikdən sonra EUR/USD məzənnəsi də müsbət təsirlənib. Təhlillərə əsasən, 1.13$-ın üzərində ticarət edilən avronun qiyməti, bu səviyyənin üzərində 1.14$-a kimi də bahalaşa bilər.
Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşması, ümumilikdə Avrozona iqtisadiyyatına və beləliklə, avronun da qiymətinə müsbət təsir edir.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 14:00 və 17:30-da müvafiq olaraq açıqlanacaq Avrozonanın iqtisadi inkişaf və Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.
GBP
GBP/USD məzənnəsi də 1.28$-ı yuxarı istiqamətdə qırarsa, burada da bahalaşma 1.29$-a kimi sürətlənə bilər. İngiltərə milli valyutasının gələcək qiyməti üçün AB ilə İngiltərə höküməti arasında razılaşdırılan Breksit müqaviləsinin hər iki parlamentlərdə də qəbul edilməsi də əsas rol oynayır. Dekabr ayının 11-i İngiltərə parlamenti səs verməyə gedəcəkdir.
TRY
Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 5.18TL-yə ticarət edilir. Texniki təhlillərə əsasən, məzənnə 5.13TL-ni də aşağı istiqamətdə qırarsa, dolların ucuzlaşması 4.98TL-yə kimi də davam edə bilər.
Bu gün saat 11:00-da dərc ediləcək Türkiyənin inflyasiya ilə bağlı yeni göstəriciləri də vacib olacaqdır.
OIL
Avropanın Brent markalı neftinin bir barel qiyməti 58$-a kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Yeni həftənin ilk ticarət sessiyasında artıq 62$-ın üzərində təklif edilən qiymət, 65 və 67$-a kimi də dəyər qazana bilər. Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşması, dünya bazarlarında neftə olan tələbin də artmasına təsir edir.
Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Dünyada dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, əlvan metallar bazarlarında da qızılınbahalaşmasına səbəb olub. 1225$-ın (39.4 $/qram) üzərində təklif edilən qiymət, 1226$-in (39.4 $/qram) da üzərində möhkəmlənərsə, 1230$-a (39.6 $/qram) kimi də dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
12 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























