Gələn il Dolların ucuzlaşacağı barədə daha bir mötəbər proqnoz
Amerikanın çoxmillətli investisiya bankı və maliyyə xidmətləri şirkəti "Morgan Stanley"in qlobal FX strateqi Hans Redeker, ABŞ iqtisadiyyatının gələn il yavaşlayacağını, Fed-in 2019-da faiz artırmağa fasilə verəcəyini, bunların da Dolların ucuzlaşmasına səbəb olacağını nəzərdə tutur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
"Marja" xəbər verir ki, CNBC-yə danışan Redeker, "daha da önəmlisi Avropa, Yaponiya və Çin kimi böyük iqtisadiyyatlar hazırda qlobal maliyyə bazarlarına daha az investisiya edirlər. Bu səbəblə də Dollara tələb azalacaq" deyib.
DOLLAR İNDEKSİ DÜŞƏCƏK
"Morgan Stanley"in Noyabr ayı Qlobal FX hesabatına görə, Dollar indeksi 2019-cu ilin son rübündə hazırkı 97 səviyyələrindən 85-lərə, 2020-ci ilin sonunda isə 81-ə enəcək.
Redeker, xarici fondların girişləri ilə Dolların bu il gücləndiyini, ancaq investorunun daha yaxşı gəlir tapanda pulunu ABŞ-dan çıxaracağını, hazırda da bəzi inkişaf edən ölkə bazarlarının ABŞ-a nisbətən daha yaxşı dividendlər təmin etdiyini bildirib.
"GOLDMAN SACHS" DA DOLLARIN UCUZLAŞACAĞINI NƏZƏRDƏ TUTUR
Qlobal investisiya bankı "Goldman Sachs" da, Dolların 2019-cu ildə ABŞ iqtisadiyyatında yavaşlama ilə dəyərdən düşəcəyi barədə proqnoz verib.
"Goldman" analitikləri, Dolların 2019-cu ildə ABŞ iqtisadiyyatının artım sürətinin düşməsilə ucuzlaşacağını gözləyirlər. Analitiklərə görə, qlobal iqtisadi mühitə dair bəzi dəyişikliklərlə bərabər bir neçə mənfi ortamüddətli amil, 2019-da dolların ucuzlaşa biləcəyinə işarə edir.
"Goldman Sachs", Fed-in mərhələli faiz artımları və Prezident Donald Trampın vergi güzəştlərinin təsirinin azalması ilə ABŞ iqtisadiyyatında artımın əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırır.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
Qurumun 27 Noyabrda yaydığı bir hesabata görə, hazırda 3.5% artan ABŞ iqtisadiyyatı 2019-un sonuna qədər 1.75%-ə pisləşə bilər.
2018-ci ildə orta hesabla inkişafın 2.9% olacağını proqnozlaşdıran Bank, 2019-cu ildə iqtisadi artımın orta hesabla 2.5%-ə düşməsini gözləyir.
Bankın iqtisadçıları yazdıqları hesabatda, Fed-in böyük ehtimalla Dekabrda faiz artıracağını, 2019-cu ildə 4 dəfə faiz artımı gözlədiklərini və maliyyələşmə faizinin 3.25%-3.50% aralığına qalxacağını proqnozlaşdırıblar.
FED SƏDRİ İŞARƏ VERİB
Fed sədri Cerom Pauell (Jerome Powell) Çərşənbə günü etdiyi çıxışında, keçən aykı açıqlamalarının tonunda kəskin dəyişiklik edib. Pauell, Fed-in faizlərinin neytral (iqtisadiyyatı nə azaldan, nə də güclü artıran faiz səviyyəsi) səviyyədən bir az aşağı olduğunu deyib. Bu açıqlama, Fed-in Dekabr ayında faiz artırdıqdan sonra 2019-cu ildə faiz artırmağa fasilə verəcəyinə işarə kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
12 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



