Kudlow: Tramp Şi ilə razılaşmasa tariflərə davam edəcək
Ağ Evin İqtisadiyyat şöbəsinin sədri Larry Kudlow, "Prezident Donald Tramp, G20 Sammiti çərçivəsindəki ABŞ-Çin iclasından razılaşma ilə çıxmasa 267 milyard dollarlıq Çin məhsuluna əlavə vergi tətbiq edəcəyini bildirib" deyib.
"Marja" xəbər verir ki, Larri Kudlow, Ağ Evdə keçirilən mətbuat brifinqində ABŞ Prezidenti Tramp və Çin Dövlət daşçısı Şi Cinpingin bu həftə sonu Buenos-Ayresdə keçiriləcək G20 Sammiti zamanı axşam yeməyində görüşəcəklərini deyib.
Trampın, qlobal bazarların fokuslandığı bu görüşdə bir ticarət razılaşmasının təmin edilməsi ehtimalının yüksək olduğuna inandığını bildirən Kudlow, "Prezident Tramp buna açıqdır, ancaq ədalətli və qarşılıqlı ticarət məsələsində daha əvvəldə qeyd etdiyimiz müəyyən şərtlərin olması lazımdır. Məsələn, əqli mülkiyyət oğurluğuna və zəruri texnologiya transferinə dair məsələlər həll olunmalıdır. Tarif və tarif xaric baryerlər aradan qaldırmalıdır. Mülkiyyət hüquqlarına qarşı problemlər həll olunmalıdır",- deyib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
Kudlow, ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olmasının, Trampın mövqeyini möhkəmləndiyinə işarə edərək, Çin iqtisadiyyatının isə səngiməkdə olduğunu dilə gətirib.
Ağ Evin ticarət müqaviləsi üçün şərt qoyduğu tələblərin yerinə yetirilməməsi halında Çinə qarşı tariflərinə davam edəcəyinin vurğulayan Kudlow, sözlərini belə davam etdirib:
"Prezident Tramp, şərtlər yerinə yetirilməsə tarif siyasətinə sadiq qalacağını bir neçə dəfə deyib. 200 milyard dollarlıq Çin məhsuluna qarşı 10%-lik gömrük tarifinin 1 Yanvardan 25%-ə yüksəldilməsi daha əvvəldən müəyyənləşdirilib. Bu qətidir. Prezident Tramp, G20 Sammiti çərçivəsindəki ABŞ-Çin iclasında razılaşma təmin edilməsə, 267 milyard dollarlıq əlavə Çin məhsullarına vergi tətbiq edəcəyini bildirib".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)








