Bu problem həll olunmasa, quş ətində idxaldan asılılığımız 50%-ə çata bilər
Növbəti 5 ildə quş əti və yumurta istehlakında idxaldan asılılığımız 50%-ə çata bilər. Səbəb quşların yaydığı xəstəliklərdən ölkədə mütəmadi olaraq, orta və iri quşçuluq təsərrüfatlarında bəslənən quşların tələf olması və bu təsərrüfatların zərərlə işləməsidir. Zərəri ildən-ilə iri quşçuluq təsərrüfatlarının maliyyə hesabatlarında və istehsal etdikləri məhsulun həcmində izləmək mümkündür.
Quş əti təsərrüfatlarının istehsal gücünün artırılması və yeni sahələrin qurulması barədə müntəzəm məlumatlara baxmayaraq, quş əti və yumurtanın çatışmazlığı bazarda tez-tez hiss edilir. Quşçuluğun kənd təsərrüfatının ən riskli sahələrindən olması bu fəaliyyətlə məşğul olanların ölkədəki “oynaq” epizootik vəziyyətlə mübarizəsindən xəbər verir. Bəs, ölkədə quşlar arasında xəstəliklər hansı səbəbdən yayılır və bunun qarşısı necə alına bilər?!
Köçəri quşlar nə gətirir?!
Hər il sentyabrın sonlarından başlayan köçəri quşların miqrasiyası quş xəstəliklərinin, xüsusilə, quşlar arasında hava-damcı infeksiyalarının baş qaldırdığı dövr kimi qeydə alınır.
Əlaqədar qurumlar - Dövlət Baytarlıq Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri köçəri quşların qışlamağa gəldiyi Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonları ərazisində mütəmadi monitorinqlər aparırlar. Amma sabitlik xəbəri yayan bu monitorinqlər quşçuluq müəssisələrinə, quş saxlayan fermerlərə və təsərrüfatlara təsəlli vermir. Baytarlar, azlıq təşkil edən məlumatlı fermerlər, orta və iri quş təsərrüfatları üçün bu dövr ilin ən qayğılı dövrü sayılır.
Elə biz istehlakçılar üçün də. Bilmədiyimiz səbəblərdən, dövri olaraq, mağaza və bazarlardan quş əti, yumurta “yoxa çıxır”, olanlar da tələbi üstələdiyindən qiyməti qalxır.
Statistikaya görə, Azərbaycan özünü quş əti ilə 80%, yumurta ilə 100,5% təmin etmək imkanına malikdir. Bu məhsulların dövri olaraq yaranan çatışmazlığı narahatlığa əsas verir. Qıtlıq və onun aradan qalxdığı müddət naməlum səbəbdən deyil, məhz xəstəlik nəticəsində baş verən kütləvi tələfolmaya işarədir. Əks halda, bu qədər istehsal gücü müqabilində, belə qıtlıq yaranmazdı.
Diri quşun daşınması
Daha böyük təhlükə isə köçəri olmayan quşların – ev quşlarının nəzarətsizliyidir. Məsuliyyətsizlik təkcə həyətində ev quşu bəsləyən kəndlilərin baytar xidmətindən istifadə etməməsi ilə bitmir.
Quş xəstəliklərinin təhlükəsi onun daşıyıcılarının hər yerdə olması və insanlarla kontaktda yaşaması, bəzi xəstəliklərin mutasiya edərək, insana keçə bilməsidir.
Quş qripi, nyukasl və s. kimi hava-damcı virusları quşlar arasında 3 - 15 km radiusda yayılma xüsusiyyətinə malikdir. Bu xəstəliklər çox qısa bir zamanda bütün ölkədə quşlar arasında tüğyan edə bilər. Bu virusların başqa bir təhlükəsi isə onun ötürücülərinin xəstəliyi tutma ehtimallarının – köçəri quşlar, qida, hava, torpaq və s. - çoxluğudur.
İndi təsəvvür edin ki, xəstəliyə yoluxmuş və ya havada “gəzən” virusa çox asan yoluxa bilən diri quşları hansısa təsərrüfatdan şəhərə - bazara aparırlar. Virusların da yayılma radiusu quşları daşıma vasitəsinin hərəkəti ilə genişlənir. Özü də xəstəliyin tək quşlara deyil, həm də insanlara keçmə təhlükəsi yaradaraq.
Toyuq əti istehlakında idxaldan asılı vəziyyətə düşmək istəmiriksə...
Köçəri quşların ölkəyə xəstəlik gətirməsində hansısa qurum və ya şəxs günahkar deyil. Lakin fermerler və təsərrüfatların virusa yoluxmuş və ya yoluxma təhlükəsi olan diri quşları uzaq məsafələrə daşıması birbaşa nəzarətçi əlaqədar qurumların və və bunu edən şəxslərin günahıdır. Əhalinin insan orqanizmi, xüsusilə uşaqların inkişafı üçün vacib, qiymətcə daha sərfəli olan quş əti və yumurta ilə müntəzəm təmini üçün diri quşların ölkə ərazisində daşınması və satışı dayandırılmalıdır. Təzə quş əti satmaq istəyənlər quşu yerində kəsib, təmizləyib sonra bazarlara və ticarət nöqtələrinə çatdıra bilərlər. Bu addım bizi və istehsalçıları həm xəstəliklərdən qoruyar, həm də idxaldan asılılıqdan.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
3 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
3 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
10 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)
.jpg)






.jpg)










