General Motors 5 zavodunu bağlayır
ABŞ-ın avtomobil nəhəngi General Motors (GM) şirkəti yenidənqurma planları çərçivəsində 5 zavodunu bağlayacağını və işçilərin sayını 15 faiz azaldacağını açıqlayıb.
"Marja"nın məlumatına görə, Detroytda yerləşən şirkətdən bildiriblər ki, qənaəti artırmaq məqsədilə yenidənqurma planı həyata keçiriləcək.
Bu çərçivədə, 4-ü ABŞ-ın Miçigan, Merilend və Ohayo ştatlarında və biri Ontario əyalətində olmaqla 5 istehsal müəssisənin gələn il ərzində bağlanılacağı qeyd edilən açıqlamada, işçilərin sayının da 15 faiz azaldılacağı bildirilib.
Şirkətin nağd pul axınını illik 6 milyard dollar artırması gözlənilən bu addımların, GM-in 10-15 min arasında əməkdaşı ilə yollarını ayırmasına səbəb olacağı da qeyd edilib.
GM-in sədri Mari Barra, məsələyə dair açıqlamasında, "Bu gün atdığımız addımlar son dərəcə çevik, müqavimətli və mənfəətli olmaq məqsədilə atılır. Şirkətimizi uzunmüddətli uğura çatdırmaq üçün, dəyişən bazar şərtlərinin və müştəri üstünlüklərinin önündən getməyimiz lazım olduğunu bilirik", - ifadələrini istifadə edibi.
GM-in Nyu-york Birjasında əməliyyat görən səhmləri, açıqlamanın ardından 6 faiz dəyər qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)
.jpg)





.jpg)




