Cərimə deyil, maliyyə sanksiyası tətbiq ediləcək - LƏĞV EDİLİR
Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin maddələrindən biri ləğv olunur.
Bu, məcəllənin 450-ci (Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı) maddəsidir.
Bu maddəyə əsasən, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, fiziki şəxslər 150 manatdan 250 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.
Pərakəndə satış istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması görə 100 məbləğində cərimə tətbiq olunur.
Layihədə bildirilib ki, hazırda qanun pozuntuları aşkar edildiyi hallarda dövlət vergi orqanları tərəfindən inzibati xəta haqqında iş üzrə protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə rayon (şəhər) məhkəmələrinə göndərilir. Qeyd olunan pozuntuya görə tərtib olunan inzibati xətanın nəticələrinə dair protokollar üzrə müvafiq məhkəmələrin qərarlarına əsasən tətbiq edilən inzibati cərimələr vergi orqanları tərəfindən həmin vergi ödəyicisinin şərti hesab vərəqələrinə işlənilir.
Göründüyü kimi, məcəllənin 450-ci maddəsindəki pozuntunun vergi orqanları tərəfindən müvafiq protokol tərtib edilməklə rəsmiləşdirilməsi və məhkəməyə təqdim edilməsi vergi inzibatçılığı baxımından əlavə yük yaratmaqla yanaşı, məhkəmələrin də iş yükünün lüzumsuz şəkildə artmasına, habelə vaxt itkilərinə və əlavə maliyyə vəsaitlərinin xərclənməsinə səbəb olur.
Təklif edilən dəyişikliyə əsasən, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə cəza tədbiri olaraq inzibati cərimə deyil, maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.
Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, belə məhsulların nağd qaydada alqı-satqısına görə inzibati cərimələri müəyyən edən müddəaların İnzibati Xətalar Məcəlləsindən çıxarılmasını və qeyd olunan pozuntulara münasibətdə maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan müddəanın Vergi Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulub.
Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
© Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























