Bu şirkət 12500 manat cərimələnir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 1-ci Mədən, korpus 2-də yerləşən qara metal əritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib.
Nazirliyin Mətbuat xidmətindən "Marja"ya verilən məlumata görə, atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə atmosfer havasına atılan tullantıların miqdarının normadan yüksək olduğu məlum olub.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Araşdırma zamanı qara metal əritmə sexinin "Fərid-RL" MMC-yə məxsus olduğu müəyyən edilib. Faktla bağlı MMC barəsində protokol tərtib olunub və hüquqi şəxs qismində 12500 manat məbləğində cərimə edilməsi üçün toplanmış sənədlər Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün "Fərid-RL" MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
17 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
