Yoxsul təbəqə üçün sosial marketlər
Avstriyanın paytaxtı Vyana şəhərində əhalinin yoxsul təbəqəsinin alış-veriş etdiyi sosial marketlərin sayı getdikcə artmaqdadır. Artıq şəhərdə ərzaq və gündəlik tələbat mallarının bazar qiymətlərindən üç dəfə ucuz satıldığı bu cür marketlərin sayı on üçə çatıb.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Gündən-günə bahalaşan yaşayış xərcləri aşağı gəlirli və çoxuşaqlı ailələri tez-tez bu marketlərə üz tutmağa vadar edir. Şəhərin müxtəlif rayonlarında yerləşən marketlərdə 45 minədək müştəri qeydiyyatdadır. Burada onlara istifadə müddəti bitməkdə olan, həddən artıq sifariş verilmiş və ya qablaşdırılma qüsuru olan məhsulları ucuz qiymətə almaq imkanı yaradılır.
Çörək, meyvə-tərəvəz, yarımfabrikat qida, süd məhsulları və gigiyena mallarının xüsusi endirimlə satıldığı marketlərdə hər il orta hesabla üç min yeni müştəri qeydiyyata alınır. Qeydiyyatdan keçmək üçün müştərinin maliyyə vəziyyətini əks etdirən sənədlər müvafiq marketin müdiriyyətinə təqdim olunur və müştəri kartı açılır.
Sosial marketlər cəmiyyətdən təcrid olunmağın astanasında olan insanlara münasib qiymətə bazarlıq etmək imkanı yaratmaqla yanaşı, onların yenidən iş həyatına geri dönmələrinə də köməklik göstərir. Burada gündəlik dolanışıq problemləri və iş axtarmaqda çətinliyi olan insanlara məsləhət verirlər. Marketlərin bəzilərində, həmçinin 50 yaşdan yuxarı işsizlərin məşğulluq bazarına geri qaytarılması layihəsi çərçivəsində onlar işlə təmin olunublar.
Qeyd edək ki, Vyanada ilk sosial marketin açıldığı 2008-ci ildən bəri əhalinin yoxsul təbəqəsinə 9 min ton həcmində məhsul pulsuz və ya olduqca ucuz qiymətə təqdim olunub.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)





