Sığorta müqaviləsi bağlayarkən nələri tələb etmək lazımdır?
Sığorta qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra cəmiyyətdə ən tanınmış sığorta növlərindən biri olan və "el arasında" icbari sığorta adı ilə tanınan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri artıq elektron sənəd formasında tərtib olunmağa başlandı.
Bununla yanaşı foto və video qeydiyyat funksiyalarına malik yol nəzarət qurğuları vasitəsilə həmin sığorta müqavilələrinin qüvvədə olub-olmamasının yoxlanması, ödəmə terminalları vasitəsilə sığorta haqlarının ödənilməsinin mümkün olması, elektron hökumət portalı vasitəsilə asanlıqla onlayn qaydada sığorta müqaviləsini əldə etməyin mümkün olması və digər mütərəqqi addımlar bu sığorta növü üzrə sənədləşməni istisna etdi.
Bu isə öz növbəsində kağız daşıyıcıda tərtib edilən müqavilələrin sıradan çıxmasına, avtomobillərin ön şüşəsinin sağ kənarında sığorta şirkətlərinin etiketlərinin yapışdırılmamasına və sürücülərin artıq sənəd daşımaqdan xilas olmasına gətirib çıxardı.
Buna baxmayaraq yenə də müvafiq sığorta müqavilələri ilə əlaqədar cəmiyyətdə cavabını tapmayan sualların olması müşahidə edilməkdədir.
Bu sualları aşağıdakı kimi qeyd etmək mümkündür:
- Mən necə müqaviləmə baxa bilərəm?
- Müqaviləmin qüvvəsi nə vaxt başa çatacaq?
- Hadisəm olanda nə etməliyəm ki, ödənişdən imtina edilməsin?
- Hansı hadisələrə görə ödəniş verilir? və s
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Bu kimi sualların yaranmaması üçün məqsədəuyğundur ki, sığorta müqaviləsi bağlayarkən sığorta şirkətindən yaddaş vərəqi tələb edilsin.
İstər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsini, istərsə də könüllü qaydada tərtib edilmiş sığorta müqavilələrini tərtib edərkən sığorta şirkətləri sığortalılara müqavilənin qüvvədə olduğu müddətdə baş verən hadisə zamanı necə hərəkət etməyi, sığortalıların hüquq və vəzifələrini, hansı hadisələrə görə ödəniş verildiyini və digər şərtləri əks etdirən yaddaş vərəqi vermək öhdəliyi daşıyır.
Bu öhdəlik həm Mülki Məcəllənin 913-cü maddəsindən, həm də müvafiq qaydada icbari sığorta qanunvericiliyi və könüllü sığorta qaydalarından irəli gəlir.
Bununla yanaşı qeyd edək ki, icbari qaydada bağlanan və elektron sənəd qaydasında tərtib edilən sığorta müqaviləsinin qüvvədə olub-olmamasını öyrənmək üçün müqavilənizi tərtib edən sığorta şirkətinizə müraciət edərək elektron qaydada tərtib edilmiş müqavilənizi çap versiyada əldə edə bilərsiniz.
Onu da xatırladaq ki, sığorta müqaviləsi bağlanarkən sığorta şirkətinin müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq hüququna maliksiniz.
Mövzu çərçivəsində siz oxucular üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi və daşınmaz əmlakın icbari sığortası müqaviləsi üzrə yaddaş vərəqələrini əldə edə bilmək üçün əlaqəli adresləri aşağıda təqdim edirik.
1) http://isb.az/wp-content/uploads/2015/03/AVSMMIS-Yadda-v-r-q-si.pdf
2) http://isb.az/wp-content/uploads/2015/03/D-S-yadda-vereqi.pdf
© hüquqşünas Şəhriyar Həbilov
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)









