Neft qiymətləri 7 ayın ən aşağı səviyyəsində
Xəbər verdiyimiz kimi, ABŞ 8 ölkəyə İrandan neft satın almağa icazə verib. Yəni, İranın neft ixracı tamamilə dayanmır, 8 ölkəyə neft satmaqda davam edəcəkdir. Bu, bazarda neft qıtlığı olacağı narahatlığını azaldıb və nəticədə neft qiymətləri yeddi ayın ən aşağı səviyyəsinə düşüb.
"Marja" xəbər verir ki, neft qiymətləri son altı seansda 7%-ə yaxın, ötən aydan bəri isə 17 faiz düşüb. Brent neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi.
ABŞ-ın İranın neft satışlarını hədəf alan sanksiyaları rəsmi olaraq Bazar ertəsi günü başladı, ancaq ABŞ-ın xarici işlər naziri Maykl Pompeo, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyənin bu məhdudiyyətlərdən müvəqqəti istisna olunduqlarını açıqladı.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Həmçinin, ABŞ-da neft ehtiyatlarının ardıcıl yeddinci həftədə də artacağı gözlənilir.
Digər tərəfdən, Vaşinqton və Pekin arasında ticarət münaqişəsi qlobal artımı ləngidir və neftə təlabatın azalacağı gözlənilir. Yəni, azalan neft istehlakına dair narahatlıqlar da artıb.
Brent markalı neft 2,7% də ucuzlaşaraq 71,28 dolları, ABŞ xam neftinin qiyməti isə 2,6% düşərək 61,40 dolları görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)










