“Toyota” rekord satış gəliri əldə edib
Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota Motor” şirkəti sentyabr ayınadək olan dövr ərzində rekord miqdarda satış barədə məlumat yayıb. İstehsalın artmasına səbəb kimi isə Çində və Asiyanın digər ölkələrində artan yüksək tələbat göstərilir.
"Marja" xəbər verir ki, hesabat dövründə ümumi satış həcmi 14,6 trilyon yen və ya 130 milyard dollar təşkil edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 3,4 faiz çoxdur.
Şirkətin əməliyyat gəlirləri 11 milyard dolları keçib ki, bu da yen ilə ifadə də 15 faizdən çoxdur.
Şimali Amerikada da satışın artdığı, lakin polada və digər materillara sərf edilən məsrəflərin gəliri üstələdiyi bildirilir.
Şirkət cari maliyyə ilində satışın təqribən 260 milyard dollara çatacağını proqnozlaşdırır. Bu isə öz növbəsində il ərzində təmiz gəlirin 20 milyard dolları ötəcəyi barədə proqnoz verməyə əsas yaradır.
ONLAYN KREDİT SİFARİŞİ 3% ENDİRİMLƏ
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)







