"İrandan neft idxal edənlər üçün çətin olacaq"
ABŞ-ın xəzinə naziri Steven Mnuchin, İrandan neft idxal edən ölkələrin ABŞ-ın İrana qarşı sanksiyalarından sərbəstlik əldə etmələrinin, Obama dövrünə nisbətən daha çətin olacağını deyib.
"Marja" xəbər verir ki, neft qiymətlərinin İrana tətbiq ediləcək sanksiyalar səbəbilə artacağı narahatlıqlarına qarşı çıxan Mnuchin, bazarın, İranın ixracatının aşağı düşməsini hazırda qiymətlərə əks etdirdiyini bildirib və əlavə edib:
"Neft qiymətləri xeyli yüksəlib. Mənim fikirimcə, neft bazarı İranın ixracındakı azalmanı artıq nəzərə alıb".
İranın neft ixracının noyabrda sıfırlanmasını gözləmədiklərini bildirən Mnuchin, ancaq ixracın qarşıdakı dövrdə gec və ya tez sıfıra enməsini gözlədiklərini vurğulayıb.
Qısası, ABŞ noyabrdan neft qiymətlərinin kəskin yüksələcəyini gözləmir. Çünki İrana sanksiyaların tətbiq ediləcəyi bazara məlumdur. İranın neft ixracının azalacağı ehtimalı hazırkı qiymətlərdə əks olunub.
Bakı vaxtı ilə saat 13:20-də Brent nefti 80,12 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
11 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
18 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
18 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
20 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















