“Bank BTB” bacardı – GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÜSTƏLƏDİ
“Bank BTB” ASC 2018-ci ilin 9 ayını 2 milyon 182 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Bank BTB” 2017-ci ilin 9 ayını 162 min manat xalis mənfəətlə başa vurmuşdu. Beləliklə, Bankın xalis mənfəəti 13 dəfədən çox artıb.
Diqqəti cəlb edən, bankın əməliyyat mənfəəti əldə etməsidir. 9 aylıq mənfəətin yarısı Bankın uğurlu biznes fəaliyyətindən formalaşıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “Bank BTB”nin cəmi gəlirləri 18 milyon 490 min manat (faiz gəlirləri 13 milyon 904 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 586 min manat) cəmi xərcləri isə 17 milyon 400 min manat təşkil edib. Xərclər çıxıldıqdan sonra Bankın 1 milyon 90 min manat əməliyyat mənfəəti qalıb. Həmçinin, ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatdan azad olmuş 1 milyon 92 min manat mənfəətə əlavə edilib. Beləliklə, Bank 9 ayını 2 milyon 182 min manat xalis mənfəətlə bağlayıb.
ÖTƏN İLİN 9 AYINDA GƏLİRLƏRİ XƏRCLƏRİNİ BAĞLAMIRDI
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-sentyabr ayları ərzində “Bank BTB” nin cəmi gəlirlər 11 milyon 73 min manat (faiz gəlirləri 10 milyon 157 min manat, qeyri-faiz gəlirləri 916 min manat) xərcləri isə 15 milyon 806 min manat təşkil etmişdi. Nəticədə Bank, ötən ilin 9 ayını 4 milyon 733 min manat əməliyyat zərəri ilə başa vurmuşdu. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın 4 milyon 895 min manatı azad olduğundan əməliyyat zərəri bağlanmış və “Bank BTB” 162 min manat xalis mənfəət əldə etmişdi.
"Bank BTB” ASC 2016-cı ilin 9 ayında isə 5 milyon 640 min manat cəmi gəlir əldə etmiş, 3 milyon 856 milyon manat xərc çəkmiş və 1 milyon 784 min manat əməliyyat mənfəəti əldə etmişdi. Lakin ehtiyatlara 3 milyon 747 min manat ayırdığı üçün, ötən ilin 9 ayını 1 milyon 963 min manat zərər ilə başa vurmuşdu.
"Bank BTB”də ehtiyatların azad olması problemli kreditlərin azaldığına işarədir. Bankın gəlirləri xərclərindən daha çox artdığından əməliyyat mənfəəti yaranıb.
BANK BÖYÜYÜB
“Bank BTB” ASC 30 Sentyabr 2018-ci il tarixində 302 milyon 776 min manat cəmi aktivlərə, 246 milyon 188 min manat cəmi öhdəliklərə və 56 milyon 588 min manat cəmi balans kapitalına malik olub.
“Bank BTB” ASC 30 Sentyabr 2017-ci il tarixində 249 milyon 315 min manat cəmi aktivlərə, 210 milyon 364 min manat cəmi öhdəliklərə və 38 milyon 950 min manat cəmi balans kapitalına malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Azərbaycanda bankların əsas gəlir mənbəyi kreditlərdir. "Bank BTB"nin müştərilərə verdiyi kreditlər artıb. Təbii ki, Bankın faiz gəlirlərinin artmasının əsas səbəblərindən biri müştərilərə verilən kreditlər artmasıdır. Belə ki, müqayisə olunan dövrdə Bankın müştərilərə verdiyi kreditlər 124 milyon 153 min manatda 169 milyon 299 min manata yüksəlib (36% artım).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"




















