Fuad Nağıyev: Turizmdə azad rəqabət şəraiti formalaşdırmaq lazımdır
“Son illərdə Azərbaycan öz qapılarını ziyarətçilər üçün tam açıb və indi qarşıya qoyulmuş məqsədlərə çatmaq, ən əsası isə ölkəyə turist axınını artırmaq zamanıdır”.
“Marja”nın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
Fuad Nağıyevin sözlərinə görə, ən önəmli məsələlərdən biri də turistlərin məmnunluğunu artırmaq, onların ölkəyə yenidən qayıtmasına nail olmaqdır: “Turisti ölkəyə cəlb etmək kifayət deyil, onun gözləntilərini qarşılamaq və yenidən ölkəyə səfər etməsini təmin etmək lazımdır. Bunun üçün kadr potensialını inkişaf etdirmək, insanlarımızı maarifləndirmək, əlavə infrastrukturlar yaratmaq, bazarın əsas iştirakçılarının fəaliyyətində şəffaflığı təmin etmək, azad rəqabət şəraiti formalaşdırmaq lazımdır. Bütün bu məsələlər Azərbaycanın turizm sənayesinin yaradılması və inkişafı strategiyasında öz əksini tapacaq”.
Fuad Nağıyev bildirib ki, Agentlik sağlam rəqabət mühitinin yaradılmasına kömək edəcəkdir: "Bu, bütün strukturların qarşılıqlı faydalı əlaqəsinin effektivliyini artıracaq, optimal qiymətlərin formalaşmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə kömək edəcək. İctimai təşəbbüsləri dəstəkləyirik və hesab edirik ki, ictimai nəzarət və birgə fəaliyyət bazar üçün çox önəmlidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 21 saat sonra
- 8 d. əvvəl
- 39 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
5 bankda xüsusi ehtiyatlara ayırmalar 15 milyon manatdan çoxdur
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda “McDonald’s”ın beynəlxalq EMEA sammitləri keçirilib – FOTO
-
2 saat əvvəl
Şəffaflıq və açıqlama sahələrində irəliləyişlərə görə SOCAR-ın reytinqi qaldırıldı
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Avtobus marşrutları müsabiqəyə çıxarılır - SİYAHI
Wolt artıq Şəkidə!
İş yerinə dair arayışın alınması "mygov”a köçürülüb
Bakıda “McDonald’s”ın beynəlxalq EMEA sammitləri keçirilib – FOTO
Ən çox oxunanlar
AZCON Holding-in şirkətlərinə özəl investorların cəlbi perspektivləri barədə fikir mübadiləsi aparılıb
Azərbaycan neftinin son qiyməti
Avropa İttifaqında orta aylıq maaş 3300 avronu keçib
Rəsmi məzənnələr açıqlandı










.jpg)






.jpg)




