Dollar ucuzlaşmağa başlayıb - GÜNƏ BAXIŞ
Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti sentyabr ayının maksimumu üzərində qala bilməyib ucuzlaşmağa başlayıb.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətləri çərşənbə axşamı ucuzlaşaraq keçən həftənin önəmli səviyyələrini aşağı istiqamətdə qırmaq üzrədir. Bu baş verərsə, dolların qiymətlərində ucuzlaşma daha da sürətlənə bilər.
Amerikanın Səhm indeksləri "S&P500" və Dou Cons (ing.: "Dow Jones") müvafiq olaraq 2900 və 27000 punktun altında ticarət edilməkdə, son bir ayın önəmli minimum səviyyəsini aşağı istiqamətdə qırmaq və altında qalmaq üzrədirlər.
İstiqraz bazarlarında da 10 illik dövlət istiqrazlarının gəlirliyi son yeddi ilin maksimum səviyyəsinə yüksəldiyi vaxtda, 30 illik istiqrazların qiymətləri də yüksəlir. Lakin burada son 4 ilin maksimum səviyyəsindən danışmaq mümkündür. Bu, ABŞ iqtisadiyyatı fonunda riksləri də artırır. Belə ki, istiqraz bazarlarında qısa müddətli istiqrazların gəlirliyi uzun müddətli istiqrazların gəlirliyini üstələməsi, iqtisadi böhrana işarədir. Hal-hazırda 10 illik istiqrazların gəlirliyi 3.21%, 30 illik istiqrazların gəlirliyi isə 3.37%-dir.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələri 1.1515$ və 1.3161$-a kimi 1%, lirənin qiyməti isə 6.0846TL-yə kimi 2% bahalaşıb.
Bu gün Bakı vaxtı ilə saat 12:30 və 16:30-da müvafiq olaraq İngiltərə və ABŞ-ın sənaye sektorları ilə bağlı önəmli fundamental məlumatların açıqlanması da gözlənilir və dünya birjalarında dalğalanma daha da artacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























