"Konsulluqda öldürülüb,cəsədi parçalanaraq daşınıb"
Səudiyyəli jurnalistin öldürüldüyü iddia edilir.
"Reuters"xəbər agentliyinin iki Türkiyə rəsmisinə istinadən yaydığı xəbərinə görə, 5 gündür itkin olan səudiyyəli jurnalist Cemal Kaşıkçı (Jamal Khashoggi)Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu binasında öldürülüb və cəsədi buradan parçalanaraq çıxarılıb.
"Marja" xəbər verir ki, rəsmilərdən biri, "Türkiyə polisinin ilkin qənaətinə görə, Cemal Kaşıkçı İstanbuldakı konsulluq binasında öldürülüb. Cinayətin əvvəlcədən hazırlandığına və cəsədin konsulluq binasından hissələrə bölünərək çıxarıldığına inanırıq" deyib.
Ötən gün "Reuters"ə danışan Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulu isə, ölkəsinin Cemal Kaşıkçı ilə bağlı axtarış işlərinə kömək etdiyini bildirmiş və mümkün bir "adam qaçırma" məsələsi ilə bağlı danışmağı rədd etmişdi.
2 TƏYYARƏ İLƏ 15 NƏFƏR GƏLİBMİŞ
"Anadolu" Agentliyinin dünən axşam saatlarında polis rəsmilərinə istinadən yaydığı xəbərə görə, 2 təyyarə ilə İstanbula gəlmiş 15 Səudiyyə vətəndaşı eyni saatlarda Baş Konsulluq binasında olublar və bu şəxslər daha sonra gəldikləri ölkələrə qayıdıblar.
Ədalət və İnkişaf Partiyasının Baş müşaviri Yasin Aktay jurnalist Cemal Kaşıkçının itkin düşməsilə bağlı danışıb. Aktay, "Saat 13.00-da sənədlərinin hazırlanması üçün gözləyir. O saatda da 2 təyyarə ilə gəlmiş adamlar konsulluqda olublar. Mənə 16.40 civarında xəbər verilir. 3 saat 40 dəqiqə sonra ilk xəbər alanın mən olduğumu anlayıram. Mən lazımi şəxslərə xəbər verirəm" deyib.
Jurnalistin nişanlısı da ""Bir şey olsa da dərhal (AKP-nin Baş müşaviri) Yasin Aktaya və Türk-Ərəb Media Dərnəyinə xəbər verərsən" dedi" - açıqlamasını verib.
"Reuters"ə danışan bir Səudiyyə rəsmisi Kaşıkçının konsulluqdakı sənədləşmə işləri başa çatdıqdan qısa müddət sonra binanı tərk etdiyini bildirmişdi.
Kaşıkçının nişanlısıbunu rədd edib:
"Bu dedikləri doğrudursa, özü haradadır"?- deyə soruşub.
NƏ OLMUŞDU?
Jurnalist Cemal Kaşıkçı 2 Oktyabrda evlənmək üçün tələb olunan sənəd işləri ilə əlaqədar olaraq getdiyi Səudiyyə Ərəbistanının Baş Konsulluğundan bir daha çıxmayıb. Kaşıkçı ən son konsulluq binasına girərkən görülmüşdü.
ABŞ-ın "Washington Post" qəzetinin yazarı və Səudiyyə Ərəbistanı vətəndaşı olan Cemal Kaşıkçı tez-tez Səudiyyə Ərəbistanı rəhbərliyini tənqid edirdi. Xüsusilə Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmana qarşı müxalif yazılar yazan Kaşıkçı təxminən bir il əvvəl ölkəsini tərk edərək ABŞ-a köçmüşdü.
Kaşıkçı ötən il çap olunan bir məqaləsində Səudiyyə Ərəbistanını səsini ucaltmaq üçün tərk etdiyini bildirmiş, "Əksini etmək, həbsdə çürüyənlərə xəyanət etmək olar. Bir çox adam danışa bilmir, mən burada danışıram" yazmışdı.
Jurnalist həmçinin "Wall Street Journal"a verdiyi bir müsahibəsində də "Ölkəmdə nəfəs almaq getdikcə çətinləşirdi, təhlükəsizliyimdən ehtiyat edirdim" - demişdi.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 5 saat sonra
-
-
5 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
9 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
12 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























