Türkiyədən sonra növbə Rusyadadır
Türkiyədən sonra bazarlara güvən vermək növbəsi Rusiyadadır.
Türkiyə Mərkəzi Bankı (TCMB) Cümə axşamı günkü pul siyasəti toplantısında proqnozlardan daha yüksək faiz artırdı.
"Marja" xəbər verir ki, Mərkəzi Bank faizi 6,25 bənd artıraraq 17,75%-dən 24 faizə qaldırdı.TCMB cəsarətli addım atmaqla, bazarlara, "inflyasiyanı azaltmaq üçün ən sərt qərarları qəbul edə bilərəm" mesajını verdi.
TCMB-dən sonra bazarlara güvən vermək növbəsi Rusiya Mərkəzi Bankındadır.
Rusiya Mərkəzi Bankı qərarını Cümə günü Bakı vaxtı ilə 14:30-da açıqlayacaqdır. Bankın uçot dərəcəsi hazırda 7.25 faiz səviyyəsindədir.
Rusiya Mərkəzi Bankı, ABŞ sanksiyalarının təsiri ilə 2014-ci ildən bu yana ilk dəfə faiz artıra bilər. Çünki ABŞ sanksiyaları ilə bazarlar tikan üstündədir.
Digər tərəfdən, Rusiya Mərkəzi Bankının faizi dəyişdirməyəcəyini gözləyənlər də var.
TCMB-nin doğru addım atması və sonra Rusiya Mərkəzi Bankının faiz artırması ilə bu həftənin inkişaf edən bazarlar üçün bir dönüş nöqtəsi ola biləcəyi qeyd olunur. Beynəlxalq Valyuta Fondunun (BVF) Argentinaya dəstəyinin də inkişaf edən bazarlara inamın bərpa olunması üçün əhəmiyyətli olduğu bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























