Ərdoğan sərt çıxış etdi, Lirə sürətlə ucuzlaşdı
Ərdoğan: "TÜSİAD faiz çox yüksəkdir" deyir, mən də deyirəm ki, bu yüksək faizi bir aşağı salaq".
Bu gün Türkiyə Mərkəzi Bankı (TCMB) faiz artırmağa hazırlaşarkən, Prezident Ərdoğan sərt bir çıxış edərək yüksək faizlərə qarşı olduğunu açıqlayıb.
"Marja" xəbər verir ki, Ankarada çıxış etmiş Rəcəb Tayyib Ərdoğan, faiz mövzusundakı həssaslığının eyni olduğunu bildirib.
"TCMB müstəqildir, öz qərarını verər", -deyən Ərdoğan, ""İnflyasiya səbəbdir, faiz nəticədir" deyirsənsə bu işi bilmirsən. Mərkəzi Bankın açıqlamış olduğu inflyasiya proqnozlarının bu günə qədər tutduğunu görmədim. Faizi sən təyin edirsən, amma inflyasiya sənin atdığın bu yanlış addımlar səbəbindən ortaya çıxır. Bunun bədəlini millət ödəyir", -açıqlamasında verib.
Ərdoğan çıxışında, "yüksək faizi aşağı salaq deyirəm" söyləyib.
Ərdoğan bank sektoruna da diqqət çəkərək,"Bəzi özəl banklar 50 faizə çatan faizlər ilə kreditlər ayırırlar" deyib.
Ərdoğanının pul siyasətinin sərtləşdirilməsinə, o cümlədən faizin artırılmasına qarşı çıxması Türk Lirəsinin sürətlə ucuzlaşamasına səbəb olub. Lirə Dollar qarşısında 3%-ə yaxın dəyərdən düşüb. Məzənnə 6.34 səviyyələrindən 6.54 səviyyələrinə yüksəlib (13:32-yə olan məlumat).
Bu gün Türkiyə Mərkəzi Bankının Sentyabr iclası keçiriləcək. İclasda faizin artırılacağı gözlənilir. Qərar Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaqdır. Bazarlar faizin 4,25 bənd artırılaraq 17,75%-dən 22%-ə qaldırılacağını gözləyir. Hazırda Türkiyə Mərkəzi Bankının rəsmi bir həftəlik repo faizi 17,75% olsa da, maliyyələşmə 19.25%-dən həyata keçirilir. Bu səbəbdən xalis faiz artımının 2,75 bənd olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




