Azərbaycan şirkətindən 120 milyon avroluq zavod - 650 NƏFƏR İŞLƏYƏCƏK
Azərbaycana xarici ölkələrdən investisiyaların cəlb edilməsi vasitəsilə iqtisadiyyatımıza töhfə verməyə çalışan "Run Group" şirkətinin həyata keçirdiyi layihələrin sırasına biri də əlavə olunur. "Marja" xəbər verir ki, şirkətin növbəti layihəsi Göygöldə nişasta zavodunun inşası ilə bağlıdır.
İlkin hesablamalara görə, nişasta zavodunun inşası üçün 120 milyon avro investisiya tələb olunur. Bu məqsədlə "Run Group" Çin Milli İdxal-İxrac Korporasıyası (CNTIC) və Böyük Britaniyanın "Athene Capital" Fondu ilə əməkdaşlığa başlayıb. Belə ki, Çinin ən böyük şirkətlərindən biri olan CNTIC zavodun inşası üçün lazım olan maliyyənin 85 faizini, o cümlədən ABŞ və İsveç istehsalı olan texnika və avadanlıqları təqdim edəcək. CNTIC hətta işi ilə böyük nüfuz və etimad qazanmış "Run Group"a xüsusi kredit xətti də açıb. "Athene Capital" Fondu isə zavoda 15 faizlik investisiya payı ilə yatırım edəcək.
Zavodun inşasına ümumilikdə 600 nəfərədək işçi qüvvəsi cəlb olunacaq.
Göygöl şəhərində 20 hektarlıq ərazidə yerləşəcək nişasta zavodu istismara veriləndən sonra burada 650 nəfərlik iş yeri açılacaq. Zavodda nişasta istehsalı üçün gündəlik 800 ton buğda emal ediləcə biləcək. Bu məqsədlə artıq Rusiya şirkətlərindən biri ilə ildə 300 min ton buğdanın alınmasına dair razılıq əldə edilib. Bundan başqa, artıq indidən zavodun məhsullarının satışı ilə bağlı müqavilələr də imzalanıb. Belə ki, bağlanmış 7 illik müqaviləyə görə, məhsulun 98 faizi xaricə ixrac olunacaq, yalnız 2 faizi ölkədə daxilində bazara çıxarılacaq.
Qeyd edək ki, nişastadan qida sənayesində və tibbdə istifadə olunan 12 adda məhsul hazırlanır.
Göygöl Nişasta Zavodunun 2020-ci ilin sonunadək tikilib başa çatdırılması gözlənilir. Lakin zavod "Run Group"un ilk istehsal layihəsi olduğundan şirkət onu planlaşdırıldığından daha erkən istifadəyə vermək əzmindədir.
Qeyd edək ki, bu, "Run Group"un Göygöldəki yeganə layihəsi deyil. Belə ki, şirkət burada daha 2 böyük müəssisənin inşasını həyata keçirəcək. Onlardan biri Azərbaycan brendi olacaq otel, digəri isə otel tipli sağlamlıq mərkəzidir. Müvafiq olaraq 16 və 3 hektarlıq ərazidə yerləşən otel və sağlamlıq mərkəzi Azərbaycanın turizm və səhiyyə sektorunun inkişafına yeni töhfə olacaq.
Bundan əlavə, "Run Group" öz gəlirləri hesabına həyata keçirdiyi çoxsaylı sosial layihələri çərçivəsində Göygöl rayonunda uşaq bağçası və orta məktəblər tikir. Onlardan Topal Həsənli və Qırıqlı kəndlərində 264, Göygöl şəhərində isə 480 şagird/yerlik məktəblərin, eləcə də bir uşaq bağçasının tikintisinə başlayıb. "Run Group" sosial layihələri sırasında, həmçinin, burada bir peşə məktəbinin layihələndirilməsini də həyata keçirir.
Xatırladaq ki, Azərbaycanda əsasən qeyri-neft sektoruna investisiyaların cəlb olunmasına çalışan "Run Group" şirkəti bir sıra sahələrdə ardıcıl uğurlar qazanmaqda davam edir. Şirkət layihələri ilə inkişaf etməkdə olan Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxması üçün öz töhfəsini verməyə çalışır. Bu məqsədlə dünyanın bir sıra ölkələrinin nüfuzlu şirkətləri, fondları, elm və təhsil müəssisələri ilə sıx beynəlxalq əlaqələr quran şirkət hazırda Azərbaycanda tikinti, turizm, səhiyyə, media sektorlarında, eləcə də sosial sahədə genişmiqyaslı layihələr gerçəkləşdirir.
Şirkətin prezidenti İranə Talışxanova deyir: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənin inkişafı məqsədilə hazırlanan Strateji yol xəritəsi və bununla bağlı atılan addımlar burada işgüzarlıq və sərmayə yatırımlarının həyata keçirilməsini daha da asan və rahat edir. Biz bu cür mühitdən və sahibkarlığa yüksək səviyyədə göstərilən qayğıdan yararlanaraq xalqımıza, Vətənimizə, dövlətə və dövlətçiliyimizə dəstək olmaq istəyir və bu yöndə əlimizdən gələni əsirgəmirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 4 saat əvvəl
-
4 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
5 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















