Türk Lirəsi Argentina Pesosunu da geridə qoyub
Türk Lirəsi (TL), avqust ayında 30.1 faiz ucuzlaşma ilə son 10 ilin ən ağır zərbəsini alıb. 2008-ci il iqtisadi böhranının yaşandığı dövrdə belə TL-nin aylıq ucuzlaşması heç bu qədər ağır olmamışdı. TL, 2008-ci ildə baş verən böhranda da böyük ziyan görmüşdü. TL, 2008-ci ilin oktyabr ayında 20.75 faiz, həmin ilin may ayında isə 11.40% ucuzlaşmışdı.
"Marja" xəbər verir ki, Vaşinqton ilə Ankara arasında baş verən keşiş böhranı ilə TL ağır "yaralanıb". ABŞ-ın keşiş Endryu Bransonın azad edilməsi tələbinə müsbət cavab verilməməsi ilə iki ölkə arasında gərginlik artmış və bu, Türk Lirəsinə baha başa gəlmişdir.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
25 İyulda ABŞ-ın Vitse-prezidenti Mike Pencein, Bransonın sərbəst buraxılması çağırışı etdiyi tarixdə dollar 4.7480 lirə səviyyəsində idi. ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsilə bahalaşan dollar 12 Avqustda 7.2393 lirəyə qədər yüksələrək bütün zamanların rekordunu qırdı.
Dolların 7 lirəni aşması ilə məzənnə böhranı mübahisələri də artdı. Görülən tədbirlərin qeyri-kafi olması TL-nin ucuzlaşmasına səbəb olur. Dolların bahalaşması qarşısında uzunmüddətli tədbirlər görməyən Mərkəzi Bankın Sentyabrın 13-də keçirəcəyi toplantısında hansı addım atacağı indidən maraq edilir.
ARGENTİNA PESOSUNU KEÇİB
TL-nin avqust ayında ucuzlaşması iqtisadi böhrana sürüklənərək Beynəlxalq Valyuta Fondu ilə (BVF) masaya oturmaq məcburiyyətində qalan Argentinanın pul vahidi Pesonu da keçib. İl ərzində Argentina Pesosu ilə tez-tez müqayisə edilən TL-nin dollar qarşısında bu il yaşadığı itki daha böyükdür. Peso bu il ən böyük aylıq ucuzlaşmanı 21.5% ilə may ayında yaşayıb. İyun ayında isə 15.8 faiz ucuzlaşıb. BVF ilə müqavilə imzaladıqdan sonra itkiləri azalan Peso iyul ayında 5 faiz dəyər qazanıb, avqust ayında isə 14.7 faiz dəyər itirib.
LİRƏ, RUBL QARŞISINDA DA "ƏRİYİB"
Uzun müddətdir ki, Qərb ölkələrinin sanksiyaları ilə mübarizə aparan Rusiyanın pul vahidi Rubl, dollar qarşısında kəskin dəyərdən düşməsi. 9 Avqustda ABŞ Prezidenti Donald Tramp "Rusiyaya sanksiya tətbiq edəcəyik" açıqlaması etmişdi. Ancaq, Rus Rublu avqust ayında dollar qarşısında yalnız 8.8 faiz ucuzlaşıb. Yeni ildə 1 lirə, 15.23 rubl edərkən bu rəqəm dünən 10.56 rubla enib. Beləliklə Rus Rublu, TL qarşısında təxminən 31 faiz dəyər qazanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)






