Naxçıvanda soyuducu anbarlara 3 min tona yaxın məhsul qəbul olunub
İyun ayından etibarən Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə müasir soyuducu anbarlara meyvə və tərəvəzin qəbulu aparılır.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyindən bildirilib ki, kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə avqustun 1-dək soyuducu anbarlara tələbatdan artıq istehsal edilmiş 2942,12 tona yaxın məhsul qəbul olunub. Bunun 2875,83 tonu kartof, 4,28 tonu soğan, 27 tonu ərik, 14,23 tonu alma, 0,2 tonu sarımsaq, 13,35 tonu kələm məhsuludur. Hazırda sоyuducu аnbаrlаr tərəfindən kartof 25-40, soğan 25-35, alma isə 50-80 qəpiyə tədarük edilir.
Yerli investisiyalar əsasında muxtar respublikada soyuducu anbarların ümumi tutumu 14 min 245 tona çatdırılıb. Bu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı artırmağa imkan verir. Eyni zamanda, anbarların hər biri yeni iş yerlərinin açılması ilə yanaşı, əhalinin meyvə-tərəvəz məhsullarına tələbatının bütün fəsillərdə yerli istehsal hesabına ödənilməsində mühüm rola malikdir.
Naxçıvanda sahibkarlığın yeni mərhələyə qədəm qoyması nəticəsində ənənəvi fəaliyyət sahələrində innovasiyaların tətbiqi genişlənir. Belə gəlirli sahələrdən biri də istixana kompleksləridir. Bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilir, yeni istixana kompleksləri yaradılır. Hazırda muxtar respublikada 129 min 162 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 22 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ilin ötən dövrü ərzində Şərur rayonunun Arpaçay kəndində fiziki şəxs Abdulla Adıgözəlova istixana təsərrüfatını genişləndirmək üçün 50 min manat həcmində maliyyə dəstəyi göstərilib.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Bu il istixana komplekslərində yetişdirilən 358 ton tərəvəz məhsulları istehlak bazarını davamlı təchiz edib.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 35 halda orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib, 704 halda səyyar laboratoriya yoxlamaları aparılıb və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.
Muxtar respublikada bu kimi məsələlərin vacibliyinin lazımınca qiymətləndirilməsinin nəticəsidir ki, aqrar sahədə müsbət irəliləyişlər əldə olunub və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 saat sonra
-
6 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 7 saat əvvəl
-
9 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi




















