STAR Neft Emalı Zavoduna ilk xam neft Azərbycandan gətirilib
SOCAR tərəfindən 6.3 milyard dollarlıq investisya ilə qurulan STAR Neft Emalı Zavoduna 80.000 tonluq ilk xam neft yükü Azərbycandan gətirilib. Fəaliyyətə başlama ərəfəsində olan zavodda açılış tarixinə qədər (oktyabr ayı) sınaq məqsədi ilə emal həyata keçiriləcək.
SOCAR Türkiyənin Baş Direktoru (CEO) Zaur Qəhrəmanov bildirib ki, STAR NEZ-ə ilk xam neftin Azərbaycandan gətirilməsi böyük məna ifadə etməkdədir.
STAR NEZ, Türkiyədə özəl sektor tərəfindən edilən ən böyük investisiya olmaqdadır və avqust ayı etibarı ilə ilk test emalını həyata keçirməyə başlayıb.
STAR NEZ-in fəaliyyətə başlamadan əvvəl ən vacib mərhələlərindən biri sayılan sınaq fəaliyyəti məqsədi ilə 80.000 tonluq ilk xam "Azerilight" nefti 244 metr uzunluğundakı “Abşeron” tankeri ilə gətirilib.
İlk xam neftin gəlişi münasibəti ilə təşkil olunan tədbirdə çıxış edən SOCAR Türkiyənin Baş Direktoru Zaur Qəhrəmanov, bu ilin dördüncü rübündə fəaliyyətə başlayacaq zavodun sınaq fəaliyyətinin uğurlu bir şəkildə davam etdiyini qeyd edərək, "STAR NEZ-in ilk neftinin "Azerilight" olmağı bizim üçün böyük məna ifadə etməkdədir” deyə bildirib.
"“SOCAR Türkiyə” olaraq, Türkiyənin ən böyük sənaye qrupu olma yolunda hər keçən il sürətlə irəliləyərkən, strateji investisiyalarımızla ölkə iqtisadiyyatına və sənayesinə güç qatmağa davam edəcəyik. Yerli istehsalı artıran, idxalata bağılılığı və cari kəsiri azaldan, yeni iş yerləri yaradan sərmayələrimizi, önümüzdəki illərdə də genişlədəcəyik” dedi. SOCAR-ın strateji böyümə trendləri arasında xarici bazarlardakı investisyaların genişləndirilməsinin önəmli bir yer tutduğunu qeyd edən Qəhrəmanov bildirib ki, “Dünya enerji bazarında əmin addımlarla irəliləyən SOCAR, bir çox ölkədə fəaliyyətlərini davam etdirir. Bu ölkələr arasında Türkiyə, bizim üçün çox önəmli bir yerə sahibdir. SOCAR olaraq Azərbaycan və Türkiyə iqtisadiyyatlarının inkişafına dəstək verməyə davam edəceyik. Bu çərçivədə Türkiyə dövləti ilə həyata keçirdiyimiz əməkdaşlıq bizim üçün böyük önəm və məna ifadə etməkdədir. Fürsətdən istifadə edərək, Türkiyə və Azərbaycan hökümətlərinə də buradan təşəkkürlərimi bildirirəm”,- Zaur Qəhrəmanov əlavə edib.
CARİ KƏSİRİN AZALDILMASINA 1.5 MİLYARD DOLLARLIQ TÖHFƏ
STAR NEZ Baş Direktoru Mesut İlter bildirib ki, Avropa, Orta Şərq və Afrikanı əhatə edən,bölgədəki ən böyük neft əməliyyatlarından biri olan STAR NEZ- də fəaliyyətə başlamadan əvvəl ən vacib məqamlardan biri sayılan sınaq fəaliyyəti üçün ilk neftin Azərbaycandan gətirilməsi iki qardaş ölkə arasındakı bu tarixi əməkdaşlığın bir nümunəsdir.
“Müəssisələrimizdə dövriyyə alıma hazırlıqları və sınaq işlərindən sonra ilk testimizi də reallaşdırma mərhələsinə gəldik. Hədəfimiz, STAR NEZ-i planlaşdırdığımız kimi, bu ilin üçüncü rübündə güvənli bir şəkildə tamamlayaraq fəaliyyətə başlamağını təmin etmək eyni zamanda Azərbaycan vəTürkiyə iqtisadiyyatlarına dəyər qatmaqdır” dedi. STAR NEZ-in iqtisadiyyatın vacib dinamiklərindən biri olacağını ifadə edən İlter, çıxışına belə davam etdi: “Türkiyəninin ilk Strateji Yatırım Təşviq Sənədinə sahib olan STAR NEZ, Türkiyədə cari kəsirin azalmağına hər il 1.5 milyard dollarlıq töhvə verəcək. İlk enerjiləndirməyi etdiyimiz 2017-ci ilin avqust ayından bugünə böyük bir əzim və qərarlılıqla fəaliyyət göstəririk. Artıq istehsaldan əvvəl son mərhələdəyik. Türkiyə və Azərbaycan iqtisadiyyatlarına böyük dəyər qatacaq istehsal əməliyyatına ilk xam neftin axışıyla başlamış oluruq. Bu, bizim üçün böyük bir qürur qaynağıdır. 4.8 milyon ton dizel yanacağı ve 1.6 milyon ton nafta ilə bərabər ölkəmizdəki cari kəsirin önəmli hissələrindən olan jet yanacağı və LPG kimi neft məhsullarının istehsalını da reallaşdıracaq olan STAR NEZ ilə Türkiyənin, global enerji bazarında rəqabət gücü də artacaq.”
1.100 YENİ İŞ YERİ
SOCAR Türkiyənin hədəfləri arasında böyük önəmə sahib olan neft-emalı və neft-kimya inteqrasyasını təmin edəcək və qrup şirkətlərindən biri olan və Türkiyənin ilk neft-kimya təsisi Petkimin xammaddə ehtiyacının tamamına yaxınını təmin edəcək STAR NEZ yeni iş yerlərinin açılmasına da töhvə verəcək. Layihənin həyata keçirilmə müddətində 19.500 içşi sayına sahib zavod, İstehsala başladığında 1100 nəfərlik yeni iş yeri təmin edəcəkdir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat sonra
-
32 d. əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
18 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Azərbaycanın Neft Fondu Çin və İndoneziya qurumları ilə platforma yaratdı - 520 milyon dollar cəlb edilib
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Ən çox oxunanlar
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb





.jpg)





.jpg)





