İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırılır ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda isə 22-27 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanların isə nəzərinə çatdırılır ki, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-34 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında gün ərzində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırırılır ki, avqustun 4-5-də hava şəraitinin küləkli olacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı


























