Fed faizi dəyişdirmədi
ABŞ Mərkəz Bankı (Fed) faiz nisbətini, gözlənildiyi kimi 1,75-2,00 faiz aralığında sabit saxlayıb, ancaq faizin mərhələli artırılmasına davam edəcəyinin siqnalını verib.
Dünən Fed-in Federal Açıq Bazar Komitəsinin iclası (FOMC) başa çatıb.
"Marja" xəbər verir ki, toplantının qərar mətnində, FOMC-ın 8 üzvünün siyasət faizini 1,75-2,00 faiz aralığında sabit saxlamaq qərarını yekdilliklə verdiyi bildirilib.
Ölkə iqtisadiyyatının, iyun ayındakı toplantıdan bu yana sağlam sürətlə artmağa və əmək bazarının güclənməyə davam etdiyi vurğulanan mətndə, həmçinin istehlakçı xərclərinin və investisiyaların da gücünü qoruduğu qeyd edilib.
Fed-in inflyasiyaya dair qiymətləndirməsi "Həm ümumi, həm də ərzaq və enerji xarici inflyasiya 2%-ə yaxın qalıb" şəklində dəyişdirilib. Bu cümlə bir əvvəlki toplantının mətnində, "Həm ümumi, həm də ərzaq və enerji xaric inflyasiya 2%-ə yaxınlaşıb",-olaraq verilmişdi.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Digər tərəfdən, qərar mətnində, bir əvvəlki iclasdan sonra olduğu kimi, "Komitə, federal maliyyələşmə nisbətində mərhələli əlavə artımların aparılmasının, iqtisadiyyatın davamlı artması, güclü əmək bazarı şərtləri və 2 faiz simmetrik inflyasiya hədəfilə uyğun olduğunu nəzərdə tutur", -İfadələri istifadə edilib.
Analitiklər, ticarət gərginliklərindən qaynaqlanan risklərin artmasına baxmayaraq bu cümlənin qorunmasının Fed-in 25-26 Sentyabrda keçirəcəyi iclasda faiz artıracağının siqnalı kimi qiymətləndirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























