Ən böyük kredit portfelinə malik özəl bank göstəricilərini açıqladı
“Xalq Bank” ASC bu ilin I yarısını 12 milyon 318 min manat xalis mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
6 ay ərzində “Xalq Bank”ın faiz gəlirləri 54 milyon 473 min manat, faiz xərcləri 11 milyon 593 min manat, qeyri-faiz gəlirləri 3 milyon 673 min manat, qeyri-faiz xərcləri 19 milyon 312 min manat, xüsusi ehtiyatlara ayırmaları 13 milyon 369 min manat, gözlənilməz gəlirləri 11 min manat, mənfəət vergisi ödəmələri isə 1 milyon 565 min manat təşkil edib.
Bu il iyulun 1-nə “Xalq Bank”ın aktivləri 1 milyard 977 milyon 525 min manat olub ki, bu da illik müqayisədə 7,1% çoxdur. Bunun 1 milyard 291 milyon 369 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,6% kiçilib.
Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 6,5% artaraq 1 milyard 703 milyon 828 min manata çatıb. Bunun 1 milyard 221 milyon 622 min manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 0,7% kiçilib.
Maliyyə qurumu Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyini isə 2,2% azaldaraq 30 milyon 792 min manata endirib.
İl ərzində “Xalq Bank”ın balans kapitalı isə 11,6% artaraq 273 milyon 697 min manat təşkil edib.
XXX
“Xalq Bank” 2018-ci ilin birinci yarımilliyini 12 milyon 318 min manat xalis mənfəətlə başa vurub.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, 2018-ci ilin II rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib. Bankın aktivləri 2018-ci ilin altı ayı ərzində 9.04% artaraq 1 milyard 977 milyon 520 min manat təşkil edib.
Kredit portfelinin həcmi 2017-ci ilin sonu ilə müqayisədə 1.37% artaraq 1 milyard 330 min manata çatıb. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricidir.
Bankın 1 iyul 2018-ci il tarixinə bankın cəmi kapitalı 273 milyon 693 min manat, nizamnamə kapitalı isə 225 milyon 78 min manat təşkil edir.
Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi cari ilin altı ayı ərzində 4.33% artaraq 1 milyard 221 milyon 620 min manata çatıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Əlavə olaraq, cari ilin iyul ayında Moody’s Investors Service beynəlxalq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləmiş, reytinq üzrə proqnozu “Pozitiv”olaraq müəyyən etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)














