Sentyabrdan sığortanın PR-ı başlayacaq
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) ali idarəetmə orqanı olan Ümumi Yığıncağın iclası baş tutub. İclasda Birliyin sədri Mustafa Abbasbəyli, sədr müavini Vüqar Əliyev və Birliyin digər əməkdaşları, Birliyin təsisçiləri olan sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri, Birliyin üzvü olan hüquqi şəxs sığorta vasitəçilərinin rəhbər şəxsləri iştirak edib. İclasda qonaq qismində Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Audatex Azərbaycan şirkətinin nümayəndələri iştirak edib.
Görüş zamanı Birliyin sədri 2-ci rüb üzrə görülən işlər barədə geniş təqdimatla çıxış edib, görülən işləri və əldə edilən nəticələrin hesabatını verib. Mustafa Abbasbəyli təqdimat zamanı Birliklə Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) arasındakı əməkdaşlıq və bu əməkdaşlığın nəticəsi olaraq ADİU-da “Sığorta məktəbi”nin yaradılması barədə qərardan bəhs edib. Sığorta sektoru üçün yüksək ixtisaslı kadrlar yetişdirməsi baxımından qərarın Azərbaycan sığorta bazarı üçün mühüm əhəmiyyətini vurğulayıb.
Görüşdə Birlik tərəfindən göndərilən müraciətlər əsasında bir sıra xarici təkrarsığortaçı şirkətin MBNP-nin “Xarici təkrarsığortaçıların reyestri”nə daxil edilməsinə nail olunduğunu qeyd edilib.
Mustafa Abbasbəyli “Sığorta fəaliyyəti haqqında” Qanuna “Müvəqqəti inzibatçılıq”la bağlı əlavə layihəsi barədə Birlik tərəfindən MBNP-yə təkliflərin göndərildiyini bildirib. Eləcə də, sığorta mübahisələrinin məhkəmədənkənar həllinə dair pilot layihə kimi başladılan Mediasiya sisteminin tətbiqi ilə əlaqədar işlərin davam etdirilməsindən danışıb. Bununla yanaşı, sığorta vasitəçilərinə təqdim edilən komission haqqlara nəzarət məqsədilə İcbari Sığorta Bürosu ilə əməkdaşlıq çərçivəsində sığorta şirkətlərindən ibarət formalaşdırılan Monitorinq qrupuna diqqəti çəkib. Ümumi Yığıncaq tərəfindən Monitorinq qrupunun fəaliyyətinə dəstək nümayiş etdirilib və bu sahədə fəaliyyətin davam etdirilməsi zəruriliyi qeyd edilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Daha sonra Mustafa Abbasbəyli Birlik tərəfindən hazırlanan PR Strategiyanın (İctimaiyyətlə əlaqələr Strategiyası) təqdimatını edib. Bildirib ki, belə bir strategiya layihəsinin hazırlanmasında məqsəd sığorta şirkətləri, ümumilikdə, sığorta sektorunun təbliğatı və ASA-nın bu istiqamətdə bir platforma rolunda çıxış etməsidir. Bu istiqamətdə fəaliyyətə sentyabr ayından etibarən başlanması planlaşdırılır.
Görüşdə, həmçinin, sığorta bazarının inkişaf perspektivləri müzakirə edilib, sığorta şirkətlərinin nümayəndələri arasında bununla bağlı məhsuldar müzakirələr baş tutub və müxtəlif məsələlələr dair təkliflər irəli sürülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
16 d. əvvəl
"Abşeron" yatağında təbii qazın hasilatına başlanılacağı vaxt açıqlanıb
-
26 d. əvvəl
Fövqəladə ehtiyatlardan bazara çıxarılan neft barədə detallar aıqlanıb
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
Bu yay Sea Breeze ərazisində italyan və Mərakeş restoranı açılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İranın razılaşma üçün hazır olduğunu düşünmürəm, amma buna çox yaxındırlar"
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
2 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
2 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Ən çox oxunanlar
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan holdinqilə Asiya Bankı arasında Anlaşma
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Palma yağı qiymətlərində artım davam edir























